DataLife Engine / Şahmatçılarımız ermənilərə qalib gəldi

Şahmatçılarımız ermənilərə qalib gəldi

Komanda üzvləri aşağıdakı qaydada üz-üzə gəliblər:
1. Vüqar Həşimov (2759) - Levon Aronyan (2781);
2. Teymur Rəcəbov (2733) - Vladimir Akopyan (2678);
3. Şəhriyar Məmmədyarov (2741) - Arman Paşikyan (2647);
4. Rauf Məmmədov (2640) - Tiqran Petrosyan (2627).

Qeyd edək ki, Azərbaycan yığması son iki görüşdə erməni həmkarlarına məğlub olub. Şahmatçılarımız 2008-ci ildə Almaniyada keçirilən şahmat olimpiadasında və ötən il Serbiyada baş tutan Avropa komanda çempionatında ermənilərə eyni hesabla uduzmuşdu (1,5:2,5).

Türkiyədəki qarşılaşmada ilk lövhədə ağ fiqurlarla oynayan Vüqar Həşimov Levon Aronyanla heç-heçəyə razılaşıb. Teymur Rəcəbovla Rauf Məmmədov da xalları rəqibləri ilə bölüşüblər. Şəhriyar Məmmədyarov isə Armen Paşikyana qalib gəlib.
Beləliklə, Azərbaycan 2,5-1,5 hesabı ilə Ermənistanı üstələyib. 
Dünya çempionatının birinci turunda Türkiyə - ABŞ, Hindistan -Yunanıstan, Rusiya - Braziliya, Misir - İsrail görüşləri də keçirilib.

/Trend News/
5-01-2010, 20:09
Вернуться назад