Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, turnirdə səkkiz kollektiv iki qrupda çıxış edəcək.
A qrupunda Azərbaycan təmsilçisi "Baku Flames", Avstraliya, Niderland və Çinin U-24 milliləri mübarizə aparacaqlar.
B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və "Düsseldorf Zoos" klubu yer alıb.
Qeyd edək ki, görüşlər iyulun 20-21-də keçiriləcək. Quba mərhələsinin açılış oyunu saat 16:30-da "Baku Flames" klubu ilə Niderland millisi arasında baş tutacaq.
Anar Həsənov