DataLife Engine / Fransada şərhçi qadın idmançıları təhqir etdiyi üçün Olimpiadada işini itirib

Fransada şərhçi qadın idmançıları təhqir etdiyi üçün Olimpiadada işini itirib

"Eurosport" britaniyalı şərhçi Bob Ballardı üzgüçülük yarışı zamanı seksist ifadələr işlətdiyi üçün Paris Olimpiadasından uzaqlaşdırıb.

Bu barədə Oxu.Az TASS-a istinadən qəzeti məlumat yayır.

Ballard şənbə günü Avstraliyanın 4x100 m sərbəst estafet yarışında qələbə qazandıqdan sonra deyib:

"Qadınlar yenicə yarışı bitirdilər. Qadınların necə olduğunu bilirsiniz: işsiz-gücsüz gəzirlər, makiyaj edirlər".

Ballardla efirdə olan şərhçi Lizzi Simmondsu bu sözlər həddən artıq hiddətləndirib.

"Dünən axşam "Eurosport"un yayımı zamanı şərhçi Bob Ballard nalayiq şərh verib. Nəticədə o, dərhal şərhçilər siyahısından çıxarılıb", - deyə qurumun açıqlamasında bildirilib.

Fransada şərhçi qadın idmançıları təhqir etdiyi üçün Olimpiadada işini itirib

29-07-2024, 14:00
Вернуться назад