DataLife Engine / "Yuventus" Rahim Sterlinqlə razılığa gəlib

"Yuventus" Rahim Sterlinqlə razılığa gəlib

"Çelsi"nin vingeri Rahim Sterlinq transfer pəncərəsi bağlanana qədər klubu tərk etmək istəyir.

Oxu.Az Goal.com-a istinadla xəbər verir ki, ingiltərəli futbolçu Premyer Liqanın ilk turunun "Mançester Siti" ilə matçında heyətə daxil edilmədiyindən, onun nümayəndələri kluba açıq şəkildə müraciət edərək, vəziyyətin aydınlaşdırılmasını tələb ediblər.

Sterlinqin "Çelsi"dəki gələcəyi indi qeyri-müəyyən göründüyü üçün futbolçu "Yuventus"la razılığa gəlib.

Qeyd edək ki, Rahim Sterlinq karyerası ərzində "Liverpul", "Mançester Siti" və "Çelsi" klublarının şərəfini qoruyub.


20-08-2024, 11:37
Вернуться назад