DataLife Engine / Kriştianu Ronaldu sosial media fenomenlərinə meydan oxuyur

Kriştianu Ronaldu sosial media fenomenlərinə meydan oxuyur

Portuqaliyalı ulduz Kriştianu Ronaldu sosial media hesablarındakı izləyici sayına görə dünyada ən çox abunəçiyə sahib şəxs ünvanını qazanıb.

Oxu.Az xəbər verir ki, hazırda "Instagram"da 636 milyon izləyicisi olan Kriştianu Ronaldunun "X" sosial şəbəkəsindəki abunəçi sayı 112 milyondur.

38 yaşlı ulduz futbolçunun "Facebook" səhifəsinin 170 milyon izləyicisi var, yeni açılmış "YouTube" kanalı isə bir gündə 19 milyon abunəçi toplayıb.

Qeyd edək ki, "YouTube" rəsmiləri Ronalduya jest olaraq "YouTube"a xas olan "platinium plaket" göndəriblər.


23-08-2024, 07:12
Вернуться назад