DataLife Engine / Kişilərdən ibarət millimiz Avropa Kubokunda mübarizəyə start verəcək

Kişilərdən ibarət millimiz Avropa Kubokunda mübarizəyə start verəcək

Bu gün Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayır.

Oxu.Az xəbər verir ki, millimiz C qrupundakı ilk matçında Niderlandla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:40-da start götürəcək. İkinci oyunda isə rəqib meydan sahibləri olacaqlar. Görüş saat 19:15-ə təyin olunub.

1/4 final matçları sabah baş tutacaq. Qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.

Qeyd edək ki, ötən gün Azərbaycanın qadınlardan ibarət seçməsi İspaniya (7:21) və Avstriyaya (12:20) uduzub.


23-08-2024, 08:34
Вернуться назад