DataLife Engine / Libertadores Kuboku oyununda huşunu itirən futbolçu vəfat etdi

Libertadores Kuboku oyununda huşunu itirən futbolçu vəfat etdi

Uruqvayın "Nasional" klubunun 27 yaşlı futbolçusu Xuan İzkierdo vəfat edib.

Oxu.Az "Marca"ya istinadla xəbər verir ki, futbolçu avqust ayının 23-də Libertadores Kubokunun 1/16 mərhələsində Braziliyanın "San Paulo" komandası ilə görüşdə huşunu itirdikdən sonra xəstəxanaya aparılmışdı.

Futbolçu beş gün həkim nəzarətində qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan verilən məlumata görə, Xuan İzkierdonun aritmiyası varmış, ürək çatışmazlığından əziyyət çəkirmiş.

Qeyd edək ki, Xuan İzkierdo karyerası ərzində 139 oyunda meydana çıxıb, yeddi qol, beş məhsuldar ötürmə ilə yadda qalıb.

Libertadores Kuboku oyununda huşunu itirən futbolçu vəfat etdi

28-08-2024, 09:36
Вернуться назад