DataLife Engine / Qadın idmançımız Yay Paralimpiya Oyunlarında iştirak edə bilməyəcək - SƏBƏB

Qadın idmançımız Yay Paralimpiya Oyunlarında iştirak edə bilməyəcək - SƏBƏB

Azərbaycan parataekvondoçusu Röyalə Fətəliyeva Fransanın paytaxtı Parisdəki Yay Paralimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Oxu.Az xəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan idmançı zədələndiyi üçün yarışı buraxmalı olacaq. O, bu səbəbdən Parisə yollanmayacaq.

Qeyd edək ki, açılış mərasimi bu gün baş tutacaq paralimpiada sentyabrın 8-də başa çatacaq.


28-08-2024, 11:24
Вернуться назад