DataLife Engine / Erlinq Holand "Mançester Siti"yə "Real Madrid" şərti qoyub

Erlinq Holand "Mançester Siti"yə "Real Madrid" şərti qoyub

"Mançester Siti" klubunun ulduz futbolçusu "Real Madrid" transferi ilə bağlı şərt qoyub.

Oxu.Az Championat.com-a istinadən xəbər verir ki, norveçli ulduz futbolçu mövsümün sonunda İngiltərə klubunu tərk edə bilər.

Erlin Holand "Real Madrid"də oynamaq istədiyi üçün yeni müqavilədə İspaniya klubundan təklif gələcəyi təqdirdə "Mançester Siti"dən ayrıla bilməsi üçün bənd əlavə edilməsini istəyib.

"Real Madrid" klubu isə Holandı transfer etmək üçün Vinisius Juniyor və Rodriqo cütündən biri ilə yolları ayırmalı olacaq.

"Kral" klubu artıq cinahda Mbappe və ön planda Holand ilə hücum xəttini gücləndirmək qərarına gəlib.

Qeyd edək ki, Holand 2022-ci ilin yayından "Siti"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 102 matçda iştirak edib, 97 qol vurub, 14 məhsuldar ötürmə edib. Bu mövsüm 24 yaşlı futbolçu Premyer Liqada 3 oyun keçirib və 7 qol vurub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.


9-09-2024, 10:03
Вернуться назад