DataLife Engine / Argentina millisi ilə dünya çempionu olan futbolçu "Qarabağ"la görüşü buraxacaq

Argentina millisi ilə dünya çempionu olan futbolçu "Qarabağ"la görüşü buraxacaq

Argentina millisi ilə dünya çempionu olan "Tottenhem"in futbolçusu Kristian Romero İngiltərədə "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin birinci turunun matçını buraxacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "The Standard" nəşri məlumat yayıb.

Buna səbəb 26 yaşlı müdafiəçinin cəzalı durumda olmasıdır.

Londonluların vitse-kapitanı iki mövsüm əvvəl aldığı qırmızı vərəqəyə görə bu matçda iştirak edə bilməyəcək. O, 2022/2023 mövsümündə "Milan"la qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında (ilk oyun - 0:1) ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu. "Tottenhem" 2023/2024 mövsümündə avrokuboklarda yer almadığından, argentinalı futbolçu cəzasını bu mövsüm çəkməli olacaq.

Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


9-09-2024, 10:11
Вернуться назад