DataLife Engine / 39 yaşlı Kriştianu Ronaldu daha bir rekorda imza atıb

39 yaşlı Kriştianu Ronaldu daha bir rekorda imza atıb

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 48-ci seçmə komandaya qol vurub ki, bu da dünya futbolunda rekord sayılır.

Oxu.Az xəbər verir ki, Ronaldu bunu UEFA Millətlər Liqasında Şotlandiyaya qarşı oyunda reallaşdırıb.

Qarşılaşmanın 7-ci dəqiqəsində hesabda geri düşən Portuqaliya millisi sonradan iki qol vuraraq əzmkar qələbə qazanıb. Qollardan birini məhz "Ən-Nəsr"in forvardı Kriştianu Ronaldu 88-ci dəqiqədə rəqib qapısından keçirib.

Bu onun karyerasında 901-ci qol olub.

Portuqaliya - Şotlandiya matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


9-09-2024, 14:08
Вернуться назад