DataLife Engine / Qattuzo bütün oyunçulara "iPhone 16" hədiyyə etdi

Qattuzo bütün oyunçulara "iPhone 16" hədiyyə etdi

"Hayduk"un baş məşqçisi Cennaro Qattuzo oyunçulara və heyətə hədiyyələr verib.

Oxu.Az euro-football.ru-ya istinadən xəbər verir ki, italiyalı məşqçi hər kəsə yeni "iPhone 16" alıb.

Təxminən 30-35 smartfon sifariş verilib və Qattuzo ümumilikdə 40 min avroya yaxın hesabı ödəyib.

Qeyd edək ki, cümə günü "Hayduk" səfərdə "Dinamo Zaqreb"i məğlub edib. Qattuzonun yetirmələri 1:0 hesabı ilə qalib gəlib, qolu Marko Livaya vurub.


16-09-2024, 10:13
Вернуться назад