DataLife Engine / Ronaldoya yeni baş məşqçi - "Fənərbağça"ya gəlirdi…

Ronaldoya yeni baş məşqçi - "Fənərbağça"ya gəlirdi…

Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsir" komandası "Fənərbağça"nın gündəmində olan şəxsi baş məşqçi təyin etməyə hazırlaşır.

BAKU.WS xəbər verir ki, bu barəfə italyan jurnalist Fabrizio Romano məlumat yayıb.

O, bildirib ki, "Əl-Nəsir" komandası portuqaliyalı baş məşqçisi Luis Kastro ilə yollarını ayırmaq istəyir.

Xəbərdə "Əl-Nəsir"in italiyalı məşqçi Stefano Pioli ilə danışıqlara başladığı bildirilib.

Yay transfer dönəmində "Milan"dan ayrılan Stefano Pioli uzun müddət "Fənərbağça" ilə danışıqlar aparıb. Ancaq sarı-göylülərin seçimi Joze Mourinyo olub.

Bu mövsüm liqada 3 matçda 1 qələbə və 2 heç-heçə ilə 5 xal toplayan "Əl-Nəsir" 7-ci pillədə qərarlaşıb.


18-09-2024, 09:07
Вернуться назад