09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

“WhatsApp”da yayılan bu mesaj təhlükəlidir

“WhatsApp”da yayılan bu mesaj təhlükəlidir
“WhatsApp”da yayılan bu mesaj təhlükəlidir


Son günlər “WhatsApp” istifadəçilərinə gözdən əlil uşağın fotosu göndərilir.

BAKU.WS-in Xəzər TV-yə istinadən məlumatına əsasən, ardınca gələn səsli mesajda isə bu uşağın Almaniyada kor olaraq doğulduğu, “WhatsApp” şirkətinin hər paylaşıma görə 20 sent qazandığı və fotonun daha çox paylaşılacağı halda körpənin əməliyyat xərcləri şirkətə tərəfindən ödəniləcəyi bildirilir.

İKT üzrə mütəxəssis Samir Kərimov deyir ki, bu tip fotoların və mesajların paylaşılması ilə “WhatsApp” heç bir əlavə gəlir əldə etmir və şirkətin bu mesajlarla bağlı rəsmi açıqlaması var.

Samir Kərimovun sözlərinə görə, bəzi hallarda bu tip mesajlar xüsusi linklərlə göndərilir ki, həmin linklərə girən istifadəçilərin şəxsi məlumatları da oğurlana bilər.

İnsanların isə bu mesajlara yanaşması birmənalı deyil.

Mütəxəssislər bildirir ki, bu tip saxta mesajların qarşısını almaq elə istifadəçilərin öz əlindədir. Bu məlumatları paylaşmaq lazım deyil.
Texnologiya
"WhatsApp" 45 telefonda fəaliyyətini dayandıracaq – SİYAHI

"WhatsApp" 45 telefonda...

Texnologiya
Samsung Galaxy S9-u təqdim edəcək

Samsung Galaxy S9-u təqdim edəcək...

Texnologiya
"Netflix" şifrə paylaşmağı qadağan edəcək

"Netflix" şifrə paylaşmağı qadağan...

Texnologiya
"WhatsApp"dan pis xəbər və çarəsi

"WhatsApp"dan pis xəbər və çarəsi...

Texnologiya
Telefonumuzun tutulmasının səbəbləri

Telefonumuzun tutulmasının səbəbləri...

Texnologiya
"WhatsApp"da QƏRİBƏ YENİLİK: Giriş üçün BUNU ETMƏLİ OLACAQSIZ - FOTO

"WhatsApp"da QƏRİBƏ YENİLİK: Giriş...

Комментарии (0)