11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

İtaliya Avropada süni intellektli çatbotu bloklayan ilk ölkə oldu

İtaliya Avropada süni intellektli çatbotu bloklayan ilk ölkə oldu
İtaliyada Milli Məlumatların Mühafizəsi İdarəsi ChatGPT süni intellektli çatbota girişi məhdudlaşdırıb.


İdarə şəxsi məlumatların işlənməsi ilə bağlı narahatlıqları ifadə edib.


Beləliklə, İtaliyada ChatGPT-ni yaradan və idarə edən ABŞ şirkəti "OpenAI" tərəfindən yerli istifadəçilərin məlumatlarının işlənməsi müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu qərara səbəb isə martın 20-də çatbot istifadəçilərinin şəxsi məlumatlarının sızması olub. Bu zaman müəyyən müddət ərzində platformanın ödənişli istifadəçilərinin sorğuları və bank kartlarının nömrələrinə giriş sərbəst olub.


Hüquqi bazanın olmaması idarənin diqqətini çəkib. Hüquqi baza isə çatbotun işinin əsasını təşkil edən alqoritmləri "öyrənmək" üçün istifadəçi məlumatlarının kütləvi şəkildə toplanması və saxlanmasına cavabdehdir.
Həmçinin ChatGPT tərəfindən verilən məlumatların faktiki məlumatlarla uyğun gəlməməsi, o cümlədən 13 yaşdan kiçiklər tərəfindən onun istifadəsinə nəzarətin olmaması da iddialar sırasında olub.


Beləliklə, İtaliya getdikcə populyarlaşan çatbota qarşı məhdudlaşdırıcı tədbirlərə əl atan ilk Avropa ölkəsi olub.(oxu.az)
Texnologiya
"iPhone 15" modelinin özəllikləri açıqlandı

"iPhone 15" modelinin özəllikləri...

Texnologiya
2022-ci ildə insanlara təsərrüfatda yardım edəcək robot hazırlanacaq

2022-ci ildə insanlara təsərrüfatda...

Texnologiya
"WhatsApp" bu istifadəçiləri birdəfəlik bloklamağa başlayıb

"WhatsApp" bu istifadəçiləri...

Texnologiya
Huawei P smart gənc istifadəçilərin dəbli smartfonu kimi təqdim edildi

Huawei P smart gənc istifadəçilərin...

Texnologiya
"Meta" şirkəti Türkitədə 18 milyon dollar cərimələndi

"Meta" şirkəti Türkitədə 18 milyon...

Texnologiya
"iPhone"nun təmir qiyməti BAHALAŞDI

"iPhone"nun təmir qiyməti BAHALAŞDI...

Комментарии (0)