11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Türkiyəli məşhurların İlon Maska mavi işarə üsyanı: "Bunu sən istədin..."

Türkiyəli məşhurların İlon Maska mavi işarə üsyanı: "Bunu sən istədin..."
"Twitter"in yeni sahibi İlon Mask tərəfindən ödənişli edilmiş mavi işarə ("mavi tık", təsdiqlənmiş hesab) tətbiqi aktivləşdirilib.
Sözügedən tətbiqdən istifadə edən və rüsum ödəməyi qəbul etmədikləri üçün "mavi tık"ları ləğv edilən türkiyəli məşhurlar sosial şəbəkədə buna reaksiyalarını bildiriblər.
"Twitter"i 44 milyard dollara alan "Tesla" və "SpaceX"in sahibi, milyarder İlon Mask "mavi tık"ı 8 dollara satacağını açıqlayıb və ödəniş edilmədiyi təqdirdə təsdiqlənmiş hesabların "mavi tık"larının ləğv ediləcəyini deyib.
Daha əvvəl iki dəfə təxirə salınan "ödənişli mavi işarə" tətbiqi aprelin 20-də qüvvəyə minib. Beləliklə də bir çox qurum və adlar təsdiq edilmiş hesab işarəsini itiriblər. Həmçinin bir çox türkiyəli məşhurların da "mavi tık"ları əllərindən alınıb.
"Twitter"də 6,7 milyon izləyicisi olan müğənni Demet Akalın da "mavi tık"dan məhrum olanlardandır. "İlon Mask, sən olmadığın zaman biz var idik, gülüm. Mən "tık"sız da Demet Akalınam, bizi hər kəs tanıyır", - deyə o qeyd edib.
Məşhur aktyor Kerem Bürsin "mavi tık" işarəsi əvəzinə "mavi tık" sözünü yazmağa üstünlük verib.
İlon Maskdan "İlhan" deyə bəhs edən aktyor Zəfər Algöz daha sərt reaksiya verib. "Külək qayadan toz sovurduğu kimi, İlhan da bizim "mavi tık"ımızı ləğv edib. Heç kimdən soruşmadan peyklərinlə dünyanı zibilliyə çevirdin. Məhkəmədə görüşərik, İlhan. Bunu sən istədin. İlhanın "mavi tık"ına "Beşiktaş"ımızn qartalını qoyuram", - deyə o vurğulayıb.(oxu.az)
Texnologiya
"iPhone 15" modelinin özəllikləri açıqlandı

"iPhone 15" modelinin özəllikləri...

Texnologiya
2022-ci ildə insanlara təsərrüfatda yardım edəcək robot hazırlanacaq

2022-ci ildə insanlara təsərrüfatda...

Texnologiya
"WhatsApp" bu istifadəçiləri birdəfəlik bloklamağa başlayıb

"WhatsApp" bu istifadəçiləri...

Texnologiya
Huawei P smart gənc istifadəçilərin dəbli smartfonu kimi təqdim edildi

Huawei P smart gənc istifadəçilərin...

Texnologiya
"Meta" şirkəti Türkitədə 18 milyon dollar cərimələndi

"Meta" şirkəti Türkitədə 18 milyon...

Texnologiya
"iPhone"nun təmir qiyməti BAHALAŞDI

"iPhone"nun təmir qiyməti BAHALAŞDI...

Комментарии (0)