11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Apple" şirkəti "Google"u casusluqda ittiham etdi

"Apple" şirkəti "Google"u casusluqda ittiham etdi
"Apple" şirkəti "Google"u istifadəçilərə qarşı casusluqda ittiham edib.


Lent.az "Android Authority"a istinadən xəbər verir ki, "Apple" Android smartfonlarını "nəzarət cihazları" adlandırıb.


2013-cü ildə "Apple" şirkəti "Google"u Android smartfon istifadəçilərinə casusluqda ittiham etmişdi.


ABŞ Ədliyyə Nazirliyi "Google"a qarşı davam edən antiinhisar məhkəməsi zamanı "Apple"ın daxili kommunikasiyalarını açıqlayıb. Şirkətin vitse-prezidenti Eddie Cue tərəfindən "Apple" baş direktoru Tim Kuka göndərilən təqdimatda top menecer Android smartfonlarını "kütləvi izləmə cihazı" adlandırıb.


Cue həmçinin Tim Cooka bildirib ki, "Apple" məxfiliyə "Google"dan daha yaxşı yanaşır. Eddie Cue izah edib ki, "Apple" istifadəçi məlumatlarına yalnız lazım olduqda daxil olur. "Google" isə daim istifadəçi hesabından məlumat toplayır. Nümunə olaraq top menecer istifadəçinin hesabına bağlı olan "Google"un səsli köməkçisini göstərib. "Siri Assistant" isə digər "Apple" xidmətlərindən istehlakçı məlumatlarını qəbul etmir.


Qeyd edilir ki, 2016-cı ildəki daxili "Google" yazışmalarında "Apple"ın istifadəçi məlumatlarını paylaşmaq istədiyi bildirilir. Bildirilir ki, "Google" "Apple" cihazlarında əsas axtarış sistemidir və bunun üçün Amerika İT nəhəngi "Apple"a ildə 18-20 milyard dollar ödəyir.

Texnologiya
Yeni satışa çıxarılan "iPhone 14"də PROBLEM YARANDI

Yeni satışa çıxarılan "iPhone 14"də...

Texnologiya
Ötən il Azərbaycanda hər üç internet istifadəçisindən biri kibertəhlükələrlə üzləşib

Ötən il Azərbaycanda hər üç...

Texnologiya
Bu ilin ən yaxşı 5 Android telefonu

Bu ilin ən yaxşı 5 Android telefonu...

Texnologiya
Telefonların zəmanət müddəti beş dəfə artırılacaq

Telefonların zəmanət müddəti beş...

Texnologiya
WhatsApp-da mesajlar yoxa çıxacaq - YENİ FUNKSİYA

WhatsApp-da mesajlar yoxa çıxacaq -...

Texnologiya
"WhatsApp" yeni funksiyasını sınaqdan keçirir

"WhatsApp" yeni funksiyasını...

Комментарии (0)