11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Yaponiya dünyanın ilk taxta peykini orbitə buraxacaq

Yaponiya dünyanın ilk taxta peykini orbitə buraxacaq
Kioto Universitetinin yaponiyalı alimləri dünyanın ilk taxta kosmik peyki olan "LignoSat"ı yaradıblar.


"Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.


"LignoSat" Beynəlxalq Kosmik Stansiyada (BKS) il boyu aparılmış sınaqlarda üstün sabitlik və çatlara davamlılıq nümayiş etdirən maqnoliya ağacından hazırlanıb.


Yaradıcıların fikrincə, taxta zond iki problemi həll etməlidir – resurslara qənaət və ətraf mühitə təsirin azaldılması.


"Bütün peyklər Yer atmosferinə yenidən daxil olduqda yanır və uzun illər atmosferin yuxarı qatında üzəcək kiçik alüminium oksid hissəcikləri yaradır. Bu, yekunda Yerin ətraf mühitinə təsir göstərəcək", – yaponiyalı astronavt və Kioto Universitetinin aerokosmik mühəndisi Takao Doi xəbərdarlıq edib.


"LignoSat" 2024-cü ilin yayında orbitə buraxılmalıdır. O, oraya BKS-in təchizat gəmisi "Orbital Sciences Cygnus" və ya "SpaceX Dragon" raketi ilə çatdırılacaq.


Zondun yaradıcıları taxta peykin Yerə yaxın kosmosda ən azı altı ay qalacağını gözləyirlər.
Texnologiya
Yeni satışa çıxarılan "iPhone 14"də PROBLEM YARANDI

Yeni satışa çıxarılan "iPhone 14"də...

Texnologiya
Ötən il Azərbaycanda hər üç internet istifadəçisindən biri kibertəhlükələrlə üzləşib

Ötən il Azərbaycanda hər üç...

Texnologiya
Bu ilin ən yaxşı 5 Android telefonu

Bu ilin ən yaxşı 5 Android telefonu...

Texnologiya
Telefonların zəmanət müddəti beş dəfə artırılacaq

Telefonların zəmanət müddəti beş...

Texnologiya
WhatsApp-da mesajlar yoxa çıxacaq - YENİ FUNKSİYA

WhatsApp-da mesajlar yoxa çıxacaq -...

Texnologiya
"WhatsApp" yeni funksiyasını sınaqdan keçirir

"WhatsApp" yeni funksiyasını...

Комментарии (0)