11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"HUAWEI nova 12i" - Smartfonlar dünyasının müasirlik və gənclik rəmzi

"HUAWEI nova 12i" - Smartfonlar dünyasının müasirlik və gənclik rəmzi

Mobil texnologiya dünyasında hər bir yeni cihaz yeni ideya, inkişaf və irəliyə doğru bir addım deməkdir. "Huawei" brendinin yeni modeli "HUAWEI nova 12i" smartfonu da yenilikləri ilə alıcı kütləsinin diqqətini çəkmək gücünə malikdir. Bu smartfon təkcə tərz və funksionallığı özündə birləşdirmir, həmçinin sürətlə dəyişən dünyanın tələblərinə uyğunlaşmaq və özünü ifadə etmək üçün lazımi şərait yaradır.

Dizayn və keyfiyyət

"HUAWEI nova 12i" görünüşü və texniki xüsusiyyətləri ilə estetika və innovasiyanın birləşməsidir. Smartfonun malik olduğu 108 meqapiksellik kamera hər bir xırda detalı belə nəzərə alır, istifadəçiyə keyfiyyətli fotoşəkillər təqdim edir. RAW formatında olan bir neçə kadrı birləşdirə bilən alqoritmlər sayəsində şəkillər dəqiq və aydın olur. Bu imkanlar sayəsində smarfon istifadəçisi çəkdiyi hər bir şəklin keyfiyyətinə tam arxayın olur.

Təhlükəsizlik və rahatlıq

Qabaqcıl məlumat təhlükəsizliyi mexanizmlərinə malik olan "HUAWEI nova 12i" smartfonu ilə məlumatlarınızın təhlükəsizliyindən daim əmin ola bilərsiniz. Təhlükəsizlik funksiyası olan barmaq izi skaneri işə salma düyməsinin üzərində yerləşir. Beləliklə smartfona giriş sürətli və rahat olur.

Ekran görüntüsü - hər andan həzz alın

"HUAWEI nova 12i"nin 6,7 düyümlük smartfon ekranı xüsusi vizual effektlər və aydın görüntü təqdim edir. Bu ekran sayəsində baxdığınız hər bir video və ya oynadığınız hər bir oyundan zövq alacaqsınız. Smartfonun malik olduğu digər funksiya isə ekranın görüntüsünü ətraf mühitə uyğunlaşdıraraq istifadəçinin gözlərini rahatlatması və qorumasıdır.

"HUAWEI nova 12i" - Smartfonlar dünyasının müasirlik və gənclik rəmzi

Sürətli və dolğun şarj


"HUAWEI nova 12i" uzun zaman işləmə müddətini təmin edən güclü 5000 mAh batareya ilə təchiz edilib. "HUAWEI SuperCharge Turbo 40W" texnologiyasının dəstəyi ilə bu smartfon cəmi 30 dəqiqə ərzində 62%-ə qədər şarj olunur. Bu xüsusiyyətlərə malik olan "HUAWEI nova 12i" smartfonunu vaxtının hər dəqiqəsini dəyərləndirənlər üçün ən uyğun seçim hesab etmək olar.


"EMUI 14" interfeysi


Yeni kilid ekranı mövzuları təqdim edən "EMUI 14" interfeysi məlumatların məxfiliyi və qorunması üzrə qabaqcıl imkanlara malikdir. "HUAWEI nova 12i" rəqəmsal texnologiya dünyasında sizin şəxsi köməkçinizdir.


Kainatdan ilhamlanan rənglər


"HUAWEI nova 12i" iki - yaşıl və qara rənglərdə təqdim edilir. Xüsusi tonlar əlavə edilmiş bu 2 rəng sanki kainatın sonsuzluq və sirr elementlərini daşıyır. Zövqünüzü oxşayacaq bu smartfonlarla öz tərzinizə yeni element qatacaqsınız.

Beləliklə, "HUAWEI nova 12i" müasir istifadəçi üçün bütün zəruri funksiyaları özündə birləşdirən balanslaşdırılmış və dəbli smartfondur. Smartfonun yüksək keyfiyyətli kamerası, güclü prosessoru, böyük, parlaq ekranı və uzun müddətli müstəqil iş rejiminin olması, onu innovasiya və estetikaya dəyər verən hər kəs üçün çox cəlbedici edir. "Nova 12i" daim inkişaf edən müasir dünyada yeni imkanlardan bəhrələnmək və özünü ifadə etməkdə sizin ən yaxın köməkçiniz ola bilər.

Texnologiya
Telegram-da çoxdan gözlənilən YENİLİK

Telegram-da çoxdan gözlənilən...

Texnologiya
"WhatsApp"la bağlı YENİ XƏBƏR

"WhatsApp"la bağlı YENİ XƏBƏR...

Texnologiya
"Gmail"də gələn məktublarla reklamlar qarışdırılmağa başlanılıb

"Gmail"də gələn məktublarla...

Texnologiya
Telefonların donmasının qarşısını necə almaq olar?

Telefonların donmasının qarşısını...

Texnologiya
WhatsApp-da daha bir yenilik

WhatsApp-da daha bir yenilik...

Texnologiya
Ghosty - "Instagram"da gizli profilləri "qıran" TƏHLÜKƏLİ proqram

Ghosty - "Instagram"da gizli...

Комментарии (0)