11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Telegram üçün növbəti böyük YENİLƏNMƏ

Telegram üçün növbəti böyük YENİLƏNMƏ

Telegram üçün növbəti böyük yenilənmə istifadəyə verilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun sayəsində messencer yeni imkanları əldə edib. Növbəti yenilənmə çəçrivəsində Telegram Web3 dəstəkli təkmilləşdirilmiş brauzeri, Stories paylaşımları üçün nəzərdə tutulmuş yeni imkanları və dostlar üçün ulduz valyutasının alınması özəlliyini əldə edib. Beləliklə Telegram-ın yeni versiyasında reallaşdırılmış əsas yenilik brauzer ilə bağlıdır.

Daha əvvəllər istifadəçilər Telegram daxilindəki brauzerdə sadəcə olaraq linklərə baxa bilirdilər. Messencerin yeni versiyasında isə brauzer daha geniş funksionallığı əldə edib. Belə ki, Telegram daxilindəki brauzerə qovluqların əlavə edilməsi və TON şəbəkəsində mərkəzləşdirilməmiş resurslara daxil olma imkanları reallaşdırılıb. Telegram-ın axtarış bölməsinə Apps adlı yeni qovluq əlavə edilib.

Bu qovluq istifadəçi tərəfindən artıq istifadə edilən və ya istifadə edilməyən məşhur mini tətbiqlərin axtarışı imkanını verir. Tərtibatçılar isə mini tətbiqlər kataloquna öz məhsullarının screenshotlarını yükləmək imkanını əldə ediblər. Bunun sayəsində istifadəçi mini tətbiqi işə salmazdan öncə onu qiymətləndirə biləcək. Mini tətbiqlərdəki kontentləri həmçinin Stories-də də paylaşmaq mümkün olacaq. Üstəlik istifadəçilər öz dostlarına ulduz valyutasını hədiyyə edə biləcəklər. Digər yeniliklərə gəldikdə isə Stories paylaşımlarında hava şəraiti vidjetini, Stories paylaşımının üz qabığının ilk kadrdan digərinə dəyişdirilə bilməsi imkanını və video formatlı mesajın yazılması zamanı ön kameranın işığını yandıra bilmək özəlliyini qeyd etmək olar.



Texnologiya
Telegram-da çoxdan gözlənilən YENİLİK

Telegram-da çoxdan gözlənilən...

Texnologiya
"WhatsApp"la bağlı YENİ XƏBƏR

"WhatsApp"la bağlı YENİ XƏBƏR...

Texnologiya
"Gmail"də gələn məktublarla reklamlar qarışdırılmağa başlanılıb

"Gmail"də gələn məktublarla...

Texnologiya
Telefonların donmasının qarşısını necə almaq olar?

Telefonların donmasının qarşısını...

Texnologiya
WhatsApp-da daha bir yenilik

WhatsApp-da daha bir yenilik...

Texnologiya
Ghosty - "Instagram"da gizli profilləri "qıran" TƏHLÜKƏLİ proqram

Ghosty - "Instagram"da gizli...

Комментарии (0)