Meta şirkətinin (əvvəlki adı Facebook) qurucusu, amerikalı iş adamı Mark Zukerberqin sərvəti bir gündə 11 milyard dollar azalıb.
BiG.AZ xəbər verir ki, gəlirlərin azalması hesabatı fonunda oktyabrın 27-sində şirkətin səhmləri dörddə bir azaldıqdan sonra M.Zukerberqin sərvəti 11 milyard dollar dəyər itirib.
"Forbes Real-Time"ın məlumatlarına görə indi onun sərvəti 36 milyard dollar qiymətləndirilir. O dünyanın ən varlı adamları siyahısında 25-ci yerdən 29-cu yerə düşüb.
Nuranə