09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Məktəb direktorunun ölümünə səbəb olan "Yoxlama"nın qaldırdığı TOZANAQ

Məktəb direktorunun ölümünə səbəb olan "Yoxlama"nın qaldırdığı TOZANAQ
Məktəb direktorunun ölümünə səbəb olan "Yoxlama"nın qaldırdığı TOZANAQ


ATV-nin "Yoxlama" verilişinin Bakıda məktəbdə çəkilişə cəhd göstərməsi zamanı yaranan qalmaqal, hadisədən bir müddət sonra təhsil müəssisəsinin direktorunun vəfat etməsi cəmiyyətdə geniş müzakirəyə səbəb olub.

Baş verənlər həm də təhsil ocaqlarının mühafizə məsələsini gündəmə gətirdi. Ekspertlər o qənaətdədirlər ki, təhsil müəssisələrinə bu formada daxil olmaq qəbuledilməzdir. Çünki söhbət həm də şagird və ya tələbələrin təhlükəsizliyindən gedir.

Milli.Az-a danışan təhlükəsizlik məsələləri üzrə mütəxəssis Elmar Nurəliyev ATV kanalının əməkdaşının davranışını bir neçə səbəbdən düzgün hesab etmir:

"Məktəblərə bu cür içəri daxil olmaq birmənalı qadağandır. Məktəblərdə yüzlərlə, bəzi məktəblərdə mindən çox şagird təhsil alır. Məktəb rəhbərliyi həm də şagirdlərin təhlükəsizliyini və nizam-intizamını təmin edir. "Təhsil haqqında" qanununda təhsil sahəsində sağlamlığın və təhlükəsizliyin təmini prioritet kimi götürülüb. Bir qrup şəxsin məktəbin içərisinə daxil olub, mərtəbələri gəzmək, bufet və siniflərə keçmək, çəkiliş aparmaq nə ilə əsaslandırıla bilər?! Bəli, KİV haqqında qanun var. Ancaq həmin qanunda "Konstitusiyada göstərilən hallar istisna olmaqla" qeydi də var. KİV-lər qəza, yanğın, qətl, uçqun, dağıntı, sel, təbii fəlakət və s. bu kimi hadisələri operativ işıqlandıra bilər və buna şərait yaratmaq mütləqdir. Bunu işinin professionalı olan hər bir jurnalist bilir. Aidiyyəti şəxlər də KİV nümayəndələrinin sorğularına cavab verməlidirlər ki, camaat xəbərdar olsun, panika, narahatçılq və nigarançılıq olmasın. Əgər bir hadisə baş verməyibsə, sosial bir layihə həyata keçirilirsə, həmin obyekə (məktəbə) gəlməzdən öncə məlumat verilməlidir.

Məktəbin mühafizəsi, yaxud məsul şəxsləri tərəfindən içəriyə buraxılan zaman, birinci, gələnlərdən xidməti vəsiqə tələb olunmalıdır. İkinci göndəriş vərəqəsi tələb olunmalıdır. Orada qeyd olunur: gedəcəyi yer (məktəb, bağça, restoran və s.), gələnlərin siyahısı, ad-soyadı və vəzifəsi. Üçüncüsü, gələnlərdən sağlamlıq haqqında arayış tələb olunmalıdır. Bəlkə gələn adamlardan kimdəsə hansısa bir yoluxucu xəstəlik (vərəm, QIÇS və.s) var. Bunun içəri keçməsi ilə, orada olan uşaqlarla təmas qurması ilə bu virus yayıla bilər və cox pis nəticə ilə yekunlaşa bilər. Ondan sonra əgər yoxlama tədbiri dərsə, məktəbin normal fəaliyyətinə mane olmursa, məktəb rəhbərliyinin göstərişi ilə içəri buraxıla bilər. Bu prosedurlar olmalıdır ki, şagirdlərin təhlükəsizliyi təmin olunsun".

Ekspert hesab edir ki, jurnalistlərin rahat formada müəssisələrə daxil olması nümunəsi cinayətkarların üçün əlverişli vasitə ola bilər:

"Sosial layihə yaxşı təşəbbüsdü, ancaq bu, cəmiyyətə pis mesaj verməməlidir ki, pis fikirli insanlar, cinayətə meylli şəxslər, terror etmək istəyənlər buna baxıb məktəblərə, restoranlara, bağçalara, otellərə "jurnalistəm, çəkilişə gəlmişəm" deyib içəri rahatlıqla girə bilməsinlər".
Video
Xuraman Şuşalı bu səbəbdən 8 il depressiyada olub - VİDEO

Xuraman Şuşalı bu səbəbdən 8 il...

Video
Hamı ondan danışır: Bayrağı düşmənə verməyən oğlan, Vitali Balasanyanın əsir götürdüyü Natiq Qasımov - FOTO/VİDEO

Hamı ondan danışır: Bayrağı düşmənə...

Video
Xorvatiyanın qadın prezidenti Bakıya gəlir (VİDEO)

Xorvatiyanın qadın prezidenti...

Video
Меч короля Артура/King Arthur: Legend of the Sword (2017) HDRip

Меч короля Артура/King Arthur:...

Video
Məşhur serial 2020-ci ildə ekranlara qayıdacaq

Məşhur serial 2020-ci ildə...

Video
Bakıda təhlükəli anlar: kişinin başına oyun açdılar - VİDEO

Bakıda təhlükəli anlar: kişinin...

Комментарии (0)