11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Müharibəyə valideynlərindən xəbərsiz getdi, yaralandı, bir gün sonra döyüşə qayıtdı - VİDEO

Müharibəyə valideynlərindən xəbərsiz getdi, yaralandı, bir gün sonra döyüşə qayıtdı - VİDEO
"Suqovuşanda idim. Döyüş səngiyəndə rahat, başı dik gəzirdim, amma döyüş vaxtı təbii ki, bunu etmək mümkün deyildi, güllə göydən yağış kimi yağırdı".
Bunu "Report"a müsahibəsində Vətən müharibəsinin qazisi İmanov Zakir Yusif oğlu deyib.

O, 1987-ci ilin martın 1-də Bakı şəhərində anadan olub. Binəqədi rayonu 126 saylı məktəbi bitirib.
Zakir hələ uşaq yaşlarından vətənpərvər olub. Vətənə, torpağa bağlılığı İkinci Qarabağ müharibəsi başlayan kimi onu könüllü ordu sıralarına qoşulmağa sövq edib. Amma bu barədə ailə üzvlərindən heç kimə nəsə deməyib. Ona görə yox ki valideynləri Z.İmanovu döyüşə buraxmayacaqdılar, sadəcə heç kimin narahat olmasını istəməyib.
Bütün qohumlar kimi valideynləri də Zakirin döyüşdə olduğunu televiziyada yayımlanan reportajlardan öyrəniblər.
"Müharibə başlayanda bir an belə tərəddüd etmədən cəbhəyə yollandım", - deyən qazi Füzuli, Zəngilan rayonları, Tərtərin Suqovuşan və Talış kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib və 44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərib.
Suqovuşan ətrafında yerləşən yüksəkliklər uğrunda gedən döyüşlərdə yanında minaatan mərmisi partlayıb və ayağından yaralanıb. Lakin Zakir yenidən döyüşə qayıtmaqda qərarlı olub və yalnız bir gün xəstəxanada qaldıqdan sonra təkrar silahdaşlarının sıralarına - savaş meydanına qayıdıb.
Azərbaycan dövləti Vətən müharibəsində qəhrəmanlıqlar göstərən digər döyüşçülər kimi Z.İmanovun da xidmətlərini yüksək qiymətləndirib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Z.İmanov "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Video
Çukur 13 . Bölüm

Çukur 13 . Bölüm...

Video
Aleksey Navalnının arvadından mühüm AÇIQLAMA - VİDEO

Aleksey Navalnının arvadından mühüm...

Video
Отпетые мошенницы (2019) смотреть онлайн

Отпетые мошенницы (2019) смотреть...

Video
"Santa Barbara" serialının məşhur aktyoru öldü

"Santa Barbara" serialının məşhur...

Video
Yolun Açık Olsun 2022 Netflix Filmi Full HD izle

Yolun Açık Olsun 2022 Netflix Filmi...

Video
Əvvəl maarifləndirmə, sonra cərimə olacaq - Sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Əvvəl maarifləndirmə, sonra cərimə...

Комментарии (0)