09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Pərvin Abıyeva: "Mən aciz biri deyiləm, bu ən axırıncı yoldur"

Pərvin Abıyeva: "Mən aciz biri deyiləm, bu ən axırıncı yoldur"
Pərvin Abıyeva: "Mən aciz biri deyiləm, bu ən axırıncı yoldur"


Azərbaycanın ilk qorxu filmi olan "Xənnas" ətrafında növbəti qalmaqal baş qaldırıb.

BAKU.WS xəbər verir ki, filmin rejissoru Elvin Abdulla ilə aktyorlar, xüsusən də aktrisa Pərvin Abıyeva arasında narazılıq yaranıb. Belə ki, aktrisa filmin posterindən narazı olub. Məsələ o həddə çatıb ki, hətta filmin aktyor heyətinin qala gecəsinə qatılmaqdan imtina edəcəyinə dair xəbərlər yayılıb. Baş verən qalmaqalla bağlı açıqlama verən filmin rejissor Elvin Abdulla filmin afişasının komanda tərəfində bəyənilməməsi faktını və bunun ətrafında narazılığın olduğunu təsdiq edib.

"Filmin ilk çəkiliş günlərindən başlayaraq müəyyən çətinliklər yaşayırdıq. Çəkilişlərin 25 gün ərzində tamamlanması planlaşdırılsa da 48 gün çəkdi. Sanki Xənnasın özü bizi setdə izləyirdi. Aramızda bəzi soyuqluqlar yaranırdı. Yaranan bu soyuqluq hər kəsin diqqətini çəkdi. Mən filmdən müəyyən paylaşımlar etsəm də komandadan bəziləri bunu etmirdi. Aktyorlardan bəziləri tam dəstək nümayiş etdirsələr də bəziləri soyuqluq göstərirdi. Daha sonra şaiyə buraxdılar ki, film üçün Pərvin Abıyeva pul buraxıb. Bu bizim aramızı vurmaq üçün düşünülmüş addım idi. Bu xəbəri yayanlar bizim münasibətlərimizi korlamaq istəyən şəxslər idi. O, adam müəyyən qədər istəyinə çatıb desəm yanılmaram. Pərvin mənim çox yaxın dostumdur. Bizim münasibətlərimizə heç kim xələl gətirə bilməz. Daha sonra filmin posteri ilə bağlı problem yaşandı. Belə ki, filmin qala gecəsinə sayılı günlər qalsa da posteri paylaşmayan aktyorlarımız var. Mən məsləhət görüb o posteri təstiqləmişdimsə onlarda posteri paylaşmalı idilər. Bəziləri hətta qalaya gəlmək istəmirlər. Mən heç kimi məcbur qalaya gətirməyəcəm. Allah hamısının köməyi olsun. Biz Azərbaycanın ilk qorxu filmini çəkmişiksə burada qalaya gəlməmək ağılsızlıqdı. Biz hamımız sevinməliyik ki, belə bir işə imza atmışıq".

Yaranan qalmaqala münasibət bildirmək üçün aktrisa Pərvin Abıyevanında fikirlərini soruşduq. Aktrisa Elvin Abdulla ilə uzun müddətdir dostluq etdiklərini filmə də böyük əmək verdiyini söyləyib.

"Posteri bəyənmədiyim doğrudur. Lakin Elvindən küsməmişəm. Posterin yaxşı alınmaması Elvinin günahı deyil. Posteri hazırlayanın da Elvinin də özünə görə səbəbləri var. Posterə qoyulan şəkil mənim obrazıma uyğun deyildi. Filmdə qorxaq bir qadın obrazını canlandırsam da posterdə cəsarətli bir xanım kimi təsvir edilmişəm. Şəkillərin də üzərində yaxşı işlənilməmişdi. Qalaya da qatılacam. Bu bizim əvvəldən birgə başladığımız işdi. Elvin bu ideyanı ilə ilk dəfə mənimlə bölüşüb. Filmin büdcəsinə mən cibimdən pul verməmişəm. Mənim o qədər pulum yoxdur Elvinə 100-200 min verim ki, al film çək məndə filmə çəkilim. Mən o qədər aciz deyiləm ki, hansısa filmə çəkilməyim üçün rejissora pul verim. Bu ən səviyyəsiz bir şeydir. Bu ən axmaq ən axırıncı yoldur. Biz Elvinlə birlikdə girmişik bu işə. Amma mən Elvinə film üçün bir qəpik də pul verməmişəm".

Qeyd edək ki, filmi gənc və istedadlı rejissor Elvin Abdulla ekranlaşdırıb. "Xənnas"da Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova və başqaları rol alıblar. Qeyd edək ki, filmin adı "Qurani-Kərim"də olan Nas surəsi ilə bağlıdır. Həmin surədə deyilir ki, "sığınıram Allaha, xənnaslıq edən şeytanın şərindən". Xənnaslıq istədiyini səndən almayınca əl çəkməyən varlığa deyirlər. Məhz buna görə film "Xənnas"adlanır.

Pərvin Abıyeva: "Mən aciz biri deyiləm, bu ən axırıncı yoldur"


Video
Xuraman Şuşalı bu səbəbdən 8 il depressiyada olub - VİDEO

Xuraman Şuşalı bu səbəbdən 8 il...

Video
Hamı ondan danışır: Bayrağı düşmənə verməyən oğlan, Vitali Balasanyanın əsir götürdüyü Natiq Qasımov - FOTO/VİDEO

Hamı ondan danışır: Bayrağı düşmənə...

Video
Xorvatiyanın qadın prezidenti Bakıya gəlir (VİDEO)

Xorvatiyanın qadın prezidenti...

Video
Меч короля Артура/King Arthur: Legend of the Sword (2017) HDRip

Меч короля Артура/King Arthur:...

Video
Məşhur serial 2020-ci ildə ekranlara qayıdacaq

Məşhur serial 2020-ci ildə...

Video
Bakıda təhlükəli anlar: kişinin başına oyun açdılar - VİDEO

Bakıda təhlükəli anlar: kişinin...

Комментарии (0)