09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilir

Xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilir
Xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilir


"Təzəpir" məscidində Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva ilə vida mərasimi keçirilir.

BAKU.WS APA-ya istinadən, vida mərasimində mərhumun yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Q. Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyası bölməsinə yerləşdirilib. Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. Xalq artisti iyunun 26-da xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.

Qəndab Həbib qızı Quliyeva 1949-cu ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Teatrın səhnəsində Leyli ("Leyli-Məcnun”), Əsli ("Əsli və Kərəm”), Ərəbzəngi ("Şah İsmayıl”), Şahsənəm ("Aşıq Qərib”), Gülbahar ("Gəlin qayası”), Xanəndə qız ("Vaqif”) rollarını yaradıb.
Video
Müdafiə Nazirliyi Şuşa döyüşlərindən yeni görüntülər yaydı - Video

Müdafiə Nazirliyi Şuşa...

Video
Son "Ceyms Bond"un ilk TREYLERİ - FOTO-VİDEO

Son "Ceyms Bond"un ilk TREYLERİ -...

Video
Düşmənin qüvvə və vasitələri belə MƏHV EDİLDİ - VİDEO

Düşmənin qüvvə və vasitələri belə...

Video
Squid Game Filmi Haqqında

Squid Game Filmi Haqqında...

Video
Шеф Адам Джонс (2015)

Шеф Адам Джонс (2015)...

Video
Sevimli görünüşlü begemot balası interneti fəth etdi

Sevimli görünüşlü begemot balası...

Комментарии (0)