DataLife Engine / Van Dammın məşhur hərəkətini təkrarlayan aktrisa gündəm oldu

Van Dammın məşhur hərəkətini təkrarlayan aktrisa gündəm oldu

Hollivud ulduzu Jan-Klod van Dammın iştirakı ilə "Volvo"nun əfsanəvi reklamının Qazaxıstanda yeni versiyası çəkilib.

Oxu.Az-ın məlumatına görə, kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Avtomobil satış salonunda çəkilmiş kadrlarda van Dammın rolunu yerli aktrisa Jibek Jappasbayeva ifa edib. O da hərəkət edən iki BMW arasında uzununa şpaqat açaraq çeviklik və tarazlıq möcüzələri nümayiş etdirib.

Qeyd edək ki, 2013-cü ildə "Volvo" markalı yük maşınının "The Epic Split" ("Epik şpaqat") adı ilə çəkilmiş orijinal video əsl sensasiyaya çevrilərək "YouTube"da 120 milyondan çox baxış toplayıb.

Van Dammın məşhur hərəkətini təkrarlayan aktrisa gündəm oldu

4-09-2024, 12:14
Вернуться назад