11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Hamamınızı 15 dəqiqəyə təmizləmək üçün bunları edin

Hamamınızı 15 dəqiqəyə təmizləmək üçün bunları edin

Yəqin ki, özünüzdən soruşmusunuz, xüsusən hamam otağının təmizlənməsi niyə bu qədər çətindir? Hamam tez və asanlıqla çirklənə bilər, çünki hər gün istifadə edirik. Araşdırmalara görə bakteriyaların ən çox yayıldığı yer isti və nəmli bir mühit olduğu üçün hamamdır. Buranı təmizləməyiniz sizə çətin və uzun prosses kimi görünə bilər.


May.az xarici KİV-ə istinadən hamam otağını 15 dəqiqəyə təmizləyə biləcəyiniz üsulları təqdim edir. Diqqətli olun. Bu fəndlər işinizə çox yarayacaq.


Duş başlığı

Duş başlığını təmizləmək üçün sizə lazım olan yalnız sirkədir. Xoşbəxtlikdən hər evdə var. Bu üsul duşdakı kirdən qurtulmanıza kömək edəcək. Sirkəni kilidlənə bilən plastik torbaya doldurun və duşun başını həmin torbaya yerləşdirərək rezinlə bağlayın. Bir saat saxlayın. Torbanı götürdükdən sonra 1-2 dəqiqə gözləyin və sonra silin.

Su ləkələrini təmizləmək üçün limondan istifadə edin

Bir limonun yarısını kəsin. Hər iki parçanı ləkəli yerlərə sürtün. Xüsusilə xrom səthlər üçün yaxşıdır. Bu işdə duzdan da istifadə edə bilərsiniz.

Güzgülər

Güzgününüzü təmizləmək üçün sprey almağı unutmusunuzsa, narahat olmayın. Soda güzgülərinizi təmizləmək üçün yaxşı bir üsuldur. 3 kisə çayı dəmləyin və içinə soda qatın. Daha sonra sprey şüşəsinə tökün. Yaxşı püskürtdükdən sonra güzgüləri qəzetlə silin.

Tualetin ətrafı

Bu üsul əlcək geyməyinizi tələb edəcək. Qurutma kağızı götürün və tualetin ətrafındakı hissənin ləkələrini yox olana qədər sürtün. Bir süngər də istifadə edə bilərsiniz.  

Tualetin içi

Bu üsul üçün ehtiyacınız olan bir “Cocacola” dır. Onu tualetə tökün və 40-50 dəqiqə saxlayın. Bu əməliyyatdan sonra fırça ilə sürtün və yuyun. Fərqini görəcəksiniz.


Qadın dünyası
Yataq dəstini vaxtında dəyişdirməyənlərə XƏBƏRDARLIQ: Bu xəstəliklərə yoluxa bilərsiniz

Yataq dəstini vaxtında...

Qadın dünyası
Aşiq kişilərin bilmədiyiniz əlamətləri - Psixiatr danışır...

Aşiq kişilərin bilmədiyiniz...

Qadın dünyası
Manikür lampaları təhlükəlidirmi?

Manikür lampaları təhlükəlidirmi?...

Qadın dünyası
50 yaşdan sonra özümüzə necə qulluq etməli? - Sağlam dəri, saç və dırnaqlar...

50 yaşdan sonra özümüzə necə qulluq...

Qadın dünyası
Nə üçün qadınlar kişilərdən daha çox üşüyür?

Nə üçün qadınlar kişilərdən daha...

Qadın dünyası
Bir cümlə ilə kobud insanın CAVABINI VERİN

Bir cümlə ilə kobud insanın...

Комментарии (0)