11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Yuxu yozmaları V hərfi

Yuxu yozmaları V hərfi
Vaqon – Röyada kömür dolu vaqon görmək-zənginliyə işarədir. Başqa şeylərlə dolu vaqon-bir-birini izləyən çətinliyə, sıxıntıya; içi boş vaqon -qazancı, muzdu az bir işə yozulur.
Vağzal -Yaxın zamanda çozdan arzusunda olduğunuz bir səfərə çıxacaqsınız.
Vadi – Yuxuda yaşıl vadi-yaşayışınızın xoşbəxtlik içində davam edəcəyini göstərir.
Vaiz – Yuxuda vaiz görmək-ətrafınızın bəd niyyəli adamlar tərəfindən sarıldığına işarədir.
Vaz geçmək – Röyada qətiyyətsizlik üzündən bir şeydən vaz geçmək-üzüntüyə, əndişəyə yozulur.

Vali -Röyada vali görmək-üzüntü, sıxıntı, içki içmək, qumar oynamaq, oğurluq və s. bu kimi qeyri-əxlaqi işlərə işarə sayılır. Başqa yozumlara görə röyada vali görmək-xalqa can başla xidmət etməyi göstərir. yoxsul bir adamın röyasında vali olduğunu görməsi-dərcəsinin yüksəlməsi anlamındadır. Röyada vali olduğunu görən hakim rüşvət alıb höm verər.
Valyuta alış verişi – Röyada valyuta işləri ilə məşğul olmaq-böyük miqdarda pul və dəyərli mal-mülk itkisinə işarə olaaqqəbul edilir.
Var-dövlət – Röyada var-dövlət sahibi olduğunu görmək-xeyirli bir xəbər alacağına işarədir.
Vahə – Sıxıntılı günləri arxada qoyub rahat və sevinc dolu bir yaşayışa qovuşmağa işarədir.
Vedrə – Vedrəylə bağlı yuxular belə yozulur:
Boş vedrə– pul itkisidir.
Dolu vedrə-qazancdır.
Yarıyacan dolu vedrə-gözlənilməz bir xəbərdir.
Mis vedrə-pullu qazanclı işdir.
Velosiped – Yuxuda velosiped görən adam çox çətin bir işlə qarşılaşacaq və o iş bir sıra xatırladan, səhvlərdən sonra yoluna qoyulacaqdır. Velosipedlə yoxuş yuxarı çıxmaq-roya sahibinin evindəki və iş həyatındakı bir sra çətinlikləri, axır ki, yenəcəyinə işarədir. Velosipedlə eniş enmək-xoşbəxtlik içində keçən həyat gözlənilməz bəd xəbərlərdən alt-üst olacaqdır.
Vəba – Vəba xəstəliyi ilə ilgili yuxular bu günlərdə böyük bir maddi sıxıntı içinə düşmənizin mümkünlüyünə işarədir.
Vəd vermək – Röyada yaxınlarınızdan birinə nəsə vəd etmək – borc istəmək anlamındadır.
Vəzifədən çıxarılmaq – Arvadını boşamaq kimi yozulur, ya da yeri dəyidirmək analmına gəlir. Özünün işdə çıxarıldığını, yerinə daha yaşlı birinin gətirildiyini görmək-həmin vilayətin rəhbərinə düşmənləri tərəfindən ziyankarlıq yetirləcəkdir.
Vərəm – Vərəm ilə bağlı röyalar xeyrəyozulmur, mənəvi sıxıntı anlamındadır.
Vəsiyyət – Röyada vəsiyyət etdiyini görmək-kədərli olduğunuza; Var-dövlətini başasına vəsiyyət etmək-xeyirxalığa, yardıma, birliyə, barışığa yozulur.
Viza – Yuxuda viza almaq-iraxın dostunuzun yardımı sayəsində düşmüş olduğunuzsıxıntıdan qurtaracaqsınız
Vizit vərəqəsi – Bir nəfərdən yardım təklifi alacaqsınız.
Villa (imarət) – Röyada özünü bir villanın içində görmək-düşmən üzərində qələbəni xəbər verir. Villa-rahatlıq, zəiflik və xoşbəxtlikdir.
Viranəlik (uçuq-sökük yerlər) – xeyrə əlamət eildir. Bu cür röya görən aam pul-maliyyə işlərində daha ehtiyatlı davranmalıdır. Bəzi yozmlara görə, viranəlik-istəyə çatmaq kimi də açıqlanır.
Viski içmək – Zənginliyə, səhhətinizin düzələcəyinə yozulur.
Vitamin – Röyada vitaminli dərmanlar içmək-sağlamlığınıa diqqət yetirməyin gərəkliyinə işarədir.
Vitrin – Yuxuda vitrin görmək-veriləcək göstərişlərin röya sahibini gülünc vəziyyətə salacağına işarədir.
Vulkan (yanardağ) – Yuxuda vulkan püslürməsini gömək-cavan oğlan üçün-çox sayıb, hörmət etdiyi bir böyüyü ilə dalaşacağına və bu səbəbdən də işlərin pozulacağına; orta yaşlılar üçün-heç də istəmədiyi bir dəyişikliyə; gəncqaın üçün-çox sevəcəyi xoş davranışlı, lakin əsəbi biriylə evlənəcəyinə; evli qadın üçün-qonşu və qullqçu ilə qovğa edəcəyinə yozulur.
Vücud (bədən) – Röyada vücudunu şişmiş görmək-qüvvətli düşmənlərə üstün gələcəyinizə yozulur.
Yuxu Yozma
Yuxu yozmaları c hərfi

Yuxu yozmaları c hərfi...

Yuxu Yozma
Yuxu yozmaları İ hərfi

Yuxu yozmaları İ hərfi...

Yuxu Yozma
Yuxu yozmaları K hərfi

Yuxu yozmaları K hərfi...

Yuxu Yozma
Yuxu yozmaları U hərfi

Yuxu yozmaları U hərfi...

Yuxu Yozma
Yuxu yozmaları B hərfi

Yuxu yozmaları B hərfi...

Yuxu Yozma
Yuxu yozmaları Q hərfi

Yuxu yozmaları Q hərfi...

Комментарии (0)