11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Nazirlər Kabineti bu avtomobillərin Azərbaycana gətirilməsinə məhdudiyyət qoydu

Nazirlər Kabineti bu avtomobillərin Azərbaycana gətirilməsinə məhdudiyyət qoydu
Nazirlər Kabineti bu avtomobillərin Azərbaycana gətirilməsinə məhdudiyyət qoydu


Bu həftədən xaricdə qeydiyyatda olan avtomobillərin Azərbaycana müvəqqəti gətirilməsinə il ərzində 90 gün məhdudiyyət qoyulması barədə qərar qüvvəyə minib.

MAY.AZ xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi barədə” 19 mart 2020-ci il tarixli qərarında əksini tapıb.

Bundan əvvəl qüvvədə olan Qaydalara əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmamaq şərti ilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilib.

Bu həftədən qüvvəyə minən dəyişikliyə əsasən, avtomobillərin müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində 90 gün məhdudiyyət müəyyənləşib.

Başqa sözlə, xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində ümumilikdə 90 gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmamaq şərti ilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir.
Avtomobil
“Toyota Corolla” birinciliyi itirdi, ən çox satılan odur

“Toyota Corolla” birinciliyi...

Avtomobil
Avtomobilin şüşəsi tərləməsin deyə bunları edin

Avtomobilin şüşəsi tərləməsin deyə...

Avtomobil
Yük maşınlarından tutulan cərimələr yolların saxlanmasına xərclənəcək

Yük maşınlarından tutulan cərimələr...

Avtomobil
Sürücülərin NƏZƏRİNƏ! - Noyabrın 1-dən dəyişiklik qüvvəyə minir - VİDEO

Sürücülərin NƏZƏRİNƏ! - Noyabrın...

Avtomobil
Elektromobillər üçün maraqlı xidmət şəbəkəsi - VİDEO

Elektromobillər üçün maraqlı xidmət...

Avtomobil
Vaqif Əsədovdan taksi sürücüsünə: Belə geyimdə taksi sürərlər? (VIDEO)

Vaqif Əsədovdan taksi sürücüsünə:...

Комментарии (0)