11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Yenilik: Azərbaycanda bu sürücülük vəsiqəsi ilə yalnız bir ay maşın sürmək olar

Yenilik: Azərbaycanda bu sürücülük vəsiqəsi ilə yalnız bir ay maşın sürmək olar
Yenilik: Azərbaycanda bu sürücülük vəsiqəsi ilə yalnız bir ay maşın sürmək olar


Azərbaycan ərazisində xarici ölkələrə məxsus sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar tətbiq olunur, xarici sürücülük vəsiqələrinin bir ay müddətinə istifadəsinə icazə və əcnəbilərə sürücülüklə bağlı yeni hüquqlar verilir.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisdən apa-ya verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı "Yol hərəkəti haqqında” qanuna 35-1 (Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi) maddəsinin əlavə edilməsi təklif edilir.

Yeni maddənin I hissəsinə əsasən, Azərbaycan vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərazində idarə etmək hüququna malikdir. Azərbaycan vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.
Maddənin II hissəsinə əsasən, Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu qanunun 35-ci maddəsinin VI–VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

Maddənin III hissəsinə əsasən isə yuxarıdakı hissələrdə (I-II) nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.

Qeyd edək ki, bununla bağlı qanunun hazırda qüvvədə olan variantında heç bir müddəa nəzərdə tutulmayıb.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq.
Avtomobil
Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - ANBAAN VİDEO

Bakıda beş avtomobil toqquşdu:...

Avtomobil
Qadın ərinin avtomobilini nikah şəhadətnaməsi ilə sürə bilər - VİDEO

Qadın ərinin avtomobilini nikah...

Avtomobil
Aİ ölkələri Çin elektrik avtomobillərinə dair idxal rüsumlarının tətbiqini dəstəkləyə bilər

Aİ ölkələri Çin elektrik...

Avtomobil
Daşkəsəndə "Niva" aşıb, sürücü ölüb

Daşkəsəndə "Niva" aşıb, sürücü ölüb...

Avtomobil
"Avtoş"larla bağlı maraqlı təklif - "... görək nə edə bilirlər"

"Avtoş"larla bağlı maraqlı təklif -...

Xeberler / Avtomobil
DYP-dən jalüz və plyonka ilə bağlı açıqlama

DYP-dən jalüz və plyonka ilə bağlı...

Комментарии (0)