11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Piyadaların hamısı 100 manat cərimələnəcək? - Açıqlama

Piyadaların hamısı 100 manat cərimələnəcək? - Açıqlama
Piyadaların hamısı 100 manat cərimələnəcək? - Açıqlama


“Son nəticədə hansı qərar qəbul olunacaqsa, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı bizim əməkdaşlar tərəfindən həmin cərimə sanksiyası tətbiq olunacaq”
Baş Dövlət Yol Polis İdarəsi qayda pozuntusuna görə piyadalar üçün nəzərdə tutulan 20 manat cərimə məbləğinin 100 manata qədər artırılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev azvision.az-a bildirib ki, bu məsələdə hər bir piyada üçün cərimənin artırılmasından söhbət getmir. Qurum rəsmisi bildirib ki, cərimələrin artırılması beton və dəmir maneələrin aşılması ilə yolun hərəkət hissəsinə çıxan piyadalar üçün nəzərdə tutulub: “Digər hallarda isə cərimə məbləği 20 manat olaraq qalır. Bunlar ayrı-ayrı qayda pozuntularıdır. Bir şəxs bilərəkdən beton və ya dəmir maneəni aşaraq yolun hərəkət hissəsinə çıxır. Məlum olduğu kimi həmin arakəsmələr nisbətən yüksək sürət olan yollarda tətbiq olunur. Belə maneələrlə təchiz olunmuş yolların hərəkət hissəsinə çıxması özünün və digər hərəkət iştirakçılarının həyatı üçün böyük təhlükə yaradır. Belə olduğundan həmin sanksiyanın cərimə məbləğinin artırılması barədə təklif olunub”. K.Əliyev qeyd edib ki, adıçəkilən cərimə artımı ilə bağlı müzakirələr olacaq: “Son nəticədə hansı qərar qəbul olunacaqsa, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı bizim əməkdaşlar tərəfindən həmin cərimə sanksiyası tətbiq olunacaq”. Qeyd edək ki, təklif olunan layihə Milli Məclisə göndərilib və yaz sessiyasında müzakirə olunacaq. Hazırda İnzibati Xətalar Məcəlləsində piyadalara qarşı 4 maddə ilə inzibati protokol tərtib olunur. Onların da hər birinin cəriməsi 20 manatdır.
Avtomobil
Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - ANBAAN VİDEO

Bakıda beş avtomobil toqquşdu:...

Avtomobil
Qadın ərinin avtomobilini nikah şəhadətnaməsi ilə sürə bilər - VİDEO

Qadın ərinin avtomobilini nikah...

Avtomobil
Aİ ölkələri Çin elektrik avtomobillərinə dair idxal rüsumlarının tətbiqini dəstəkləyə bilər

Aİ ölkələri Çin elektrik...

Avtomobil
Daşkəsəndə "Niva" aşıb, sürücü ölüb

Daşkəsəndə "Niva" aşıb, sürücü ölüb...

Avtomobil
"Avtoş"larla bağlı maraqlı təklif - "... görək nə edə bilirlər"

"Avtoş"larla bağlı maraqlı təklif -...

Xeberler / Avtomobil
DYP-dən jalüz və plyonka ilə bağlı açıqlama

DYP-dən jalüz və plyonka ilə bağlı...

Комментарии (0)