11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Vaqif Əsədov: "40 min piyada polis tərəfindən saxlanılaraq cərimələnib"

Vaqif Əsədov: "40 min piyada polis tərəfindən saxlanılaraq cərimələnib"
Vaqif Əsədov: "40 min piyada polis tərəfindən saxlanılaraq cərimələnib"


"Bakıda bizi narahat edən statistika piyada vurulması ilə bağlıdır”.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda yol polisi tərəfindən bu məsələ diqqətdə saxlanılır.

"Piyadaların vurulması ilə nəticələnən yol qəza hadisələrinin sayı artıb. Vaxtı ilə piyada vurulmaları 50 faizə qədər idisə, indi bu tipli qəzalar 60 faizdən çoxdur. Bu da ciddi narahatçılıq törədir. Artıq bu gün piyada-sürücü münasibətləri əsas məsələlərdən olmalıdır. Bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün hər kəs bilik və bacarığını əsirgəməməlidir. Bu gün piyadaların təhlükəsizliyinin təmin edilməsilə bağlı 100-ə yaxın piyada keçidi istifadəyə verilib. Bundan əlavə, bu istiqamətdə xeyli sayda piyada keçidləri tikilməkdədir. Yəni piyadaların da təhlükəsizliyi nəzarət altındadır”, - deyə V. Əsədov bildirib.

Palkovnik əlavə edib ki, ilin əvvəlindən bu günə qədər Bakı şəhərində 40 minə yaxın piyada yol polisi tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Bunun nəticəsində hadisələr də qismən azalıb. Vaqif Əsədov bu istiqamətdə görüləcək işlərdə KİV nümayəndələrindən də kömək istəməyi unutmadı:

"Yaxşı olar ki, piyadalar arasında təbliğat işlərinin aparılmasında jurnalistlər də bizə dəstək versinlər. Bu zaman müsbət nəticələr əldə etmək olar. Bəzilərinin tənbəl olması, bəzilərinin harasa tələsməsi, kiminin guya görmədən hərəkət etməyi və s. amillər belə xətalar törətməklə nəticələnir”.

Bundan başqa, V.Əsədov söhbət zamanı əvvəllər özü də yol qaydalarını pozduğunu etiraf etdi:

"Əgər vaxtı ilə yol polisi olmağımla qürrələnib, müəyyən xəta törədirdimsə, məsələn kəmər vurmurdumsa, lazımsız yerə sürət artırırdımsa, indi o qədər texniki vasitələr var, ona görə, belə etmirəm. İndi fəaliyyətimizə, hərəkətlərimizə ciddi nəzarət edirlər. O qədər ciddi nizam-intizam var ki, artıq mən öz hərəkətimə diqqət edirəm. Bunlar o deməkdir ki, kimliyindən asılı olmayaraq, hər kim qayda pozursa, mütləq inzibati qaydada cəzalandırılır. Ümumiyyətlə yol polisi əməkdaşlarının qazandığı bu kimi nəaliyyətlər rəhbərliyimizin biz polis əməkdaşlarına olan diqqəti, qayğısı və tələbkarlığıdır”.
Avtomobil
Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - ANBAAN VİDEO

Bakıda beş avtomobil toqquşdu:...

Avtomobil
Qadın ərinin avtomobilini nikah şəhadətnaməsi ilə sürə bilər - VİDEO

Qadın ərinin avtomobilini nikah...

Avtomobil
Aİ ölkələri Çin elektrik avtomobillərinə dair idxal rüsumlarının tətbiqini dəstəkləyə bilər

Aİ ölkələri Çin elektrik...

Avtomobil
Daşkəsəndə "Niva" aşıb, sürücü ölüb

Daşkəsəndə "Niva" aşıb, sürücü ölüb...

Avtomobil
"Avtoş"larla bağlı maraqlı təklif - "... görək nə edə bilirlər"

"Avtoş"larla bağlı maraqlı təklif -...

Xeberler / Avtomobil
DYP-dən jalüz və plyonka ilə bağlı açıqlama

DYP-dən jalüz və plyonka ilə bağlı...

Комментарии (0)