11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bakıda 6 "avtoş" həbs olundu

Bakıda 6 "avtoş" həbs olundu
Bakıda 6 "avtoş" həbs olundu



Dünən Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə jurnalislərin iştirakı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik tədbirlər zamanı Sabunçu rayonu ərazisində 6 avtoxuliqan saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını pozan sürücülərdən Rəvan Qasımovun avtonəqliyyat vasitələrini idarə etmək hüququ 1 il məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati həbs olunub. Digərləri Nadir Sultanov, Zaur Cabbarov, Sahib Cabbarov, Samir Əliyev və Əziz Rzayevin sürücülük hüququ 1 il məhdudlaşdırılmaqla 15 gün müddətinə həbs olunub.

Saxlanılan avtoxuliqanlar barədə toplanan materiallar rayon məhkəməsinə göndərilib. Onlar qanunvericiliyin müvafiq maddələri ilə təqsirli bilinərək barələrində sürücülük hüquqları məhdudlaşdırılmaqla həbs olunublar.

Qeyd edək ki, avtoxuliqanlığa görə Yasamal rayonu ərazisində 2, Binəqədi rayonunda 1 avtoxuliqan müəyyən olunub. Onlar barəsində də toplanmış materiallar müvafiq rayon məhkəmələrinə göndərilib.
Avtomobil
“Toyota Corolla” birinciliyi itirdi, ən çox satılan odur

“Toyota Corolla” birinciliyi...

Avtomobil
Avtomobilin şüşəsi tərləməsin deyə bunları edin

Avtomobilin şüşəsi tərləməsin deyə...

Avtomobil
Yük maşınlarından tutulan cərimələr yolların saxlanmasına xərclənəcək

Yük maşınlarından tutulan cərimələr...

Avtomobil
Sürücülərin NƏZƏRİNƏ! - Noyabrın 1-dən dəyişiklik qüvvəyə minir - VİDEO

Sürücülərin NƏZƏRİNƏ! - Noyabrın...

Avtomobil
Elektromobillər üçün maraqlı xidmət şəbəkəsi - VİDEO

Elektromobillər üçün maraqlı xidmət...

Avtomobil
Vaqif Əsədovdan taksi sürücüsünə: Belə geyimdə taksi sürərlər? (VIDEO)

Vaqif Əsədovdan taksi sürücüsünə:...

Комментарии (0)