11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanın yeni paytaxtı ola biləcək şəhərlər açıqlandı – SİYAHI

Azərbaycanın yeni paytaxtı ola biləcək şəhərlər açıqlandı – SİYAHI

"Coğrafi yerləşməsi, infrastrukturu, əhali sıxlığı, nəqliyyatı Bakını yaşanılacaq şəhərlər sırasından çıxarıb".

BiG.AZ bildirir ki, bu sözləri globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Onun fikrincə, ilk baxışdan və bir sıra milli təhlükəsizlik aspektlərinə görə Gəncə paytaxt ola biləcək şəhərlər sırasında ilk yerdə dayanır:

"Müəyyən səbəblərdən Şəki, Abşeron yarımadasından baxdıqda isə qismən Sumqayıt uyğun kimi görünür. Lakin alternativ olaraq, Kürdəmir, Yevlax, Ağdam da parametrlərə cavab verə bilər. Bəs hansı ölkələr paytaxtlarını dəyişib və bu o ölkələrin gücünə necə təsir edib? Açığı, Braziliya, Qazaxıstan, Nigeriya çox uğurlu yanaşmalar ortaya qoyublar. Hazırda İran müzakirələr aparır, Misir Qahirəni tərk etməyə hazırlaşır, bundan başqa Sankt-Peterburq, İstanbul kimi tarixi təcrübələr də var. Ən əsası, Bakı artıq heç nəyinə görə cazibədar deyil, ölkəmizin gözəl şəhərləri, torpaqları və orda yaşamağa layiq insanları var. Bütün iri aqlomerasiyaların olduğu kimi, Bakı sakinləri də artıq xəstədir - nəfəs yolları, ürək-damar, səs-küy, psixoloji, allergik və s. statistika tavana vurur".

Ə.Əlibəyli paytaxt şəhərlərinin necə seçildiyi haqda danışıb:

"Məkan çox vaxt açardır. Bir çox ölkələr ədalətli olsun deyə, coğrafi cəhətdən mərkəzi kapital seçirlər; bu yolla, paytaxtın bu və ya digər bölgəyə qarşı qərəzli olma ehtimalı və ya görünməməsi ehtimalı yoxdur. Məsələn, Madrid İspaniyanın demək olar ki, tam ortasında yerləşir. Nigeriya tamamilə yeni bir paytaxt şəhəri tikmək qərarına gəldikdə, 1991-ci ildə rəsmi olaraq paytaxt adlandırılan Abucanı mərkəzə yerləşdirdi - coğrafiyasına görə çox vaxt bölünmüş hesab edilən ölkədə birliyi ifadə edən bir yerdir bura. Bizdə paytaxt seçimi əslində coğrafidən daha çox komforta və ideoloji əsaslara da söykənə bilər".


Blog
Солидно и НЕ дорого - Pajero 4.

Солидно и НЕ дорого - Pajero 4....

Blog
Yeni İl Mesajları

Yeni İl Mesajları...

Blog
İş görüşünə gedərkən necə geyinməli?

İş görüşünə gedərkən necə geyinməli?...

Blog
“Zəif cəhətləriniz nələrdir?” sualına necə cavab verə bilərsiniz

“Zəif cəhətləriniz nələrdir?”...

Blog
Azərbaycanın yeni paytaxtı ola biləcək şəhərlər açıqlandı – SİYAHI

Azərbaycanın yeni paytaxtı ola...

Blog
"Ermənilərin varlığı hər bir xalqa və dövlətə təhdiddir"

"Ermənilərin varlığı hər bir xalqa...

Комментарии (0)