11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün doğum günüdür

Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün doğum günüdür

İyunun 22-si Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi, təsnif ifaçısı Bülbülün doğum günüdür.

Murtuza Məmmədov (Bülbül) 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub.

O, 1907-ci ildə Şuşa mollaxanasında musiqi təhsili almağa başlayıb, 1909-cu ildə isə Gəncəyə köçüb.

Bülbül səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.

1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub.

Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" ("İbn-Salam"), "Əsli və Kərəm" ("Kərəm"), Z.Hacıbəyovun "Aşıq Qərib" ("Qərib") operasında oynayıb.

Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün doğum günüdür

1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedən Bülbül 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirib. Bundan sonra o, Vətənə qayıdaraq Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

1932-ci ildə məhz Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılıb. Bu Kabinet Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənməsi ilə məşğul olub.

Sonralar məhz Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranıb və 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə məhz İncəsənət İnstitutu məşğul olmağa başlayıb.

Bülbül aşıq yaradıcılığına dair şifahi materialların - xalq nağılları, əfsanələr, dastanlar, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmində toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısı olub.

1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik edib.

1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa Real məktəbinin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti olub.

O, 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.


Tarixdə bu gün
Azərbaycan muğamını dünyaya tanıdan sənətkar: Xalq artisti Alim Qasımovun doğum günüdür

Azərbaycan muğamını dünyaya tanıdan...

Tarixdə bu gün
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin...

Tarixdə bu gün
Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucalmasından iki il ötür

Polkovnik-leytenant Rəşad...

Tarixdə bu gün
Bu gün Arzu Əliyevanın doğum günüdür

Bu gün Arzu Əliyevanın doğum günüdür...

Tarixdə bu gün
Milli Mətbuat Günüdür

Milli Mətbuat Günüdür...

Tarixdə bu gün
Bakı metrosunda baş verən terror aktının ildönümüdür

Bakı metrosunda baş verən terror...

Комментарии (0)