11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycan muğamını dünyaya tanıdan sənətkar: Xalq artisti Alim Qasımovun doğum günüdür

Azərbaycan muğamını dünyaya tanıdan sənətkar: Xalq artisti Alim Qasımovun doğum günüdür

Avqustun 14-ü Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür.

Oxu.Az xatırladır ki, Azərbaycan muğamını dünyaya tanıdan sənətkarın 67 yaşı tamam olur.

Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978-82-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-89-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri xanəndələr Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olublar.

25 yaşında Alim Qasımov birinci muğam müsabiqəsində müvəffəqiyyət qazanıb. O vaxtlar ifaçı muğam sənətinin, xüsusilə də "tarab" janrının araşdırmalarıyla məşğul olurdu. 1989-cu ildən Mansurov qardaşları ilə çıxış etməyə başlayıb.

1999-cu ildə o, beynəlxalq "IMC UNESCO" musiqi mükafatını alıb. Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honkonq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlər verərək, bütün dünyaya muğam sənətini tanıdıb, Azərbaycan mədəniyyətinin dünyaya yayılmasında böyük rol oynayıb.

2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi Xəritəsi"ndə doqquzuncu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər Assambleyasının üzvü seçilib.

2009-cu ildə Alim Qasımov ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında dörd azərbaycanlıdan biri olub.

2010-cu ildə Alim Qasımov fransalı dicey David Vendetta ilə "I'm your Goddess" adlı mahnını duet şəklində ifa edib.

2011-ci il iyulun 4-də islandiyalı müğənni Byork Böyük Britaniyanın "The Guardian" qəzetində nəşr olunan müsahibəsində Alim Qasımovu ən sevdiyi ifaçılar, onun "Azerbaijan: The Art of the Mugham" albomunu ən sevdiyi musiqi albomları sırasına daxil edib.

2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci "Avroviziya" mahnı müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.

2015-ci il Birinci Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb. O, Bakı Olimpiya Stadionunda qaranlıqda uçan xalça üzərində muğam oxuyub.

Alim Qasımov Azərbaycanın Dövlət Mükafatı laureatıdır.


Tarixdə bu gün
Azərbaycan muğamını dünyaya tanıdan sənətkar: Xalq artisti Alim Qasımovun doğum günüdür

Azərbaycan muğamını dünyaya tanıdan...

Tarixdə bu gün
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin...

Tarixdə bu gün
Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucalmasından iki il ötür

Polkovnik-leytenant Rəşad...

Tarixdə bu gün
Bu gün Arzu Əliyevanın doğum günüdür

Bu gün Arzu Əliyevanın doğum günüdür...

Tarixdə bu gün
Milli Mətbuat Günüdür

Milli Mətbuat Günüdür...

Tarixdə bu gün
Bakı metrosunda baş verən terror aktının ildönümüdür

Bakı metrosunda baş verən terror...

Комментарии (0)