11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Xalq artisti Səyavuş Aslanın anadan olmasından 89 il ötür

Xalq artisti Səyavuş Aslanın anadan olmasından 89 il ötür

Bu gün Xalq artisti Səyavuş Aslanın doğum günüdür. Onun anadan olmasından 89 il ötür.

Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci ilin bu günü yəni, sentyabrın 5-də Bakıda doğulub.

1947-1953-cü illərdə aktyor Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib.

Xalq artisti Səyavuş Aslanın anadan olmasından 89 il ötür


Yaradıcılığa 1954-cü ildə başlayan sənətkar musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 

1959-cu ildə Bakıya qayıdan Səyavuş Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında "Qoşun" rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir. Daha sonra teatrda maraqlı və yaddaqalan obrazlar canlandırır. 

Bu tamaşalara "Bayram" ("Kəndimizin mahnısı", Kərim Kərimov), "İbişov" ("Özümüz bilərik", Şıxəli Qurbanov), "Dadaşbala" ("Hicran", Sabit Rəhman), "Qəmzəli" ("Qaçırılmış qız", Cahangir Məmmədov) və başqalarını aid etmək olar.

O, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olaraq çalışıb. 1994-96-cı illərdə həmin teatrın bədii rəhbəri işləyib.


Səyavuş Aslan teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 1974-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 1982-ci ildə "Xalq artisti" fəxri adları ilə təltif olunub. Aktyor Prezident təqaüdçüsü idi.

1995-ci ildə "Şöhrət" ordeni ilə və 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.

Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü il iyunun 27-də Bakıda vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.

Tarixdə bu gün
Azərbaycan muğamını dünyaya tanıdan sənətkar: Xalq artisti Alim Qasımovun doğum günüdür

Azərbaycan muğamını dünyaya tanıdan...

Tarixdə bu gün
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin...

Tarixdə bu gün
Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucalmasından iki il ötür

Polkovnik-leytenant Rəşad...

Tarixdə bu gün
Bu gün Arzu Əliyevanın doğum günüdür

Bu gün Arzu Əliyevanın doğum günüdür...

Tarixdə bu gün
Milli Mətbuat Günüdür

Milli Mətbuat Günüdür...

Tarixdə bu gün
Bakı metrosunda baş verən terror aktının ildönümüdür

Bakı metrosunda baş verən terror...

Комментарии (0)