09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Rusiyada telefonla uşağa edilən dəhşətli cinayət əmri: qazı açıq qoy, kibriti yandır

Rusiyada telefonla uşağa edilən dəhşətli cinayət əmri: qazı açıq qoy, kibriti yandır

Rusiyasının Severodvinsk şəhərində yaşayan 11 yaşlı oğlan az qala dəhşətli faciənin qurbanı olacaqdı. Hadisə atasının evdən işə getdiyi və telefonunu unutduğu gün baş verib.

Bir müddət sonra telefona zəng gəlib, uşaq cavab verib. Zəng edən şəxs özünü atasının rəisi kimi təqdim edərək, tezliklə qaz təmiri üçün işçilərin gələcəyini bildirib. Bunun üçün bütün qaz piltələrini açmaq və bir müddət sonra alışqanı yandırmaq lazım olduğunu deyib.

Məktəbli kişinin təlimatına uyğun 20 dəqiqə ərzində qazın açıq olduğu mənzildə oturub. Daha sonra fırıldaqçının göstərişi ilə alışqanı yandırmağa cəhd edib, lakin cihaz işə düşməyib.

Məhz bu vaxt ata unudulmuş telefona görə evə qayıdıb. Qaz iyini hiss edəndən sonra dərhal pəncərələri açıb, otağı havalandırıb. Sonra telefonu oğlunun əlindən alaraq fırıldaqçı ilə danışmağa başlayıb.

Həmin kişinin ataya cavabı şoka salıb:

"10 dəqiqə gec qayıda bilməzdin? Onda nə mənzilin, nə də sənin yaramaz oğlun qalardı", - deyə kişi bildirib.

Kişi dərhal polisə müraciət edib. Hadisə ilə bağlı "aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlını öldürməyə cəhd" maddəsi ilə cinayət işi açılıb.

Mənbə: Lenta.ru



Dünya
İtaliyada kütləvi zəhərlənmə olub, ölənlər var

İtaliyada kütləvi zəhərlənmə olub,...

Dünya
İstanbulda ictimai nəqliyyatda gedişhaqqı artırıldı

İstanbulda ictimai nəqliyyatda...

Dünya
"Pandemiya bitir, amma növbətilərə hazır olmalıyıq" - ÜST

"Pandemiya bitir, amma növbətilərə...

Dünya
Dünyanın ən böyük şəhərlərindən biri susuz qala bilər

Dünyanın ən böyük şəhərlərindən...

Dünya
Rusiya Ukrayna ərazisində əməliyyatlara yenidən başladığını açıqladı

Rusiya Ukrayna ərazisində...

Dünya
Narin Güranın anası və qardaşı həbs edildi

Narin Güranın anası və qardaşı həbs...

Комментарии (0)