DataLife Engine / Rusiyada telefonla uşağa edilən dəhşətli cinayət əmri: qazı açıq qoy, kibriti yandır

Rusiyada telefonla uşağa edilən dəhşətli cinayət əmri: qazı açıq qoy, kibriti yandır

Rusiyasının Severodvinsk şəhərində yaşayan 11 yaşlı oğlan az qala dəhşətli faciənin qurbanı olacaqdı. Hadisə atasının evdən işə getdiyi və telefonunu unutduğu gün baş verib.

Bir müddət sonra telefona zəng gəlib, uşaq cavab verib. Zəng edən şəxs özünü atasının rəisi kimi təqdim edərək, tezliklə qaz təmiri üçün işçilərin gələcəyini bildirib. Bunun üçün bütün qaz piltələrini açmaq və bir müddət sonra alışqanı yandırmaq lazım olduğunu deyib.

Məktəbli kişinin təlimatına uyğun 20 dəqiqə ərzində qazın açıq olduğu mənzildə oturub. Daha sonra fırıldaqçının göstərişi ilə alışqanı yandırmağa cəhd edib, lakin cihaz işə düşməyib.

Məhz bu vaxt ata unudulmuş telefona görə evə qayıdıb. Qaz iyini hiss edəndən sonra dərhal pəncərələri açıb, otağı havalandırıb. Sonra telefonu oğlunun əlindən alaraq fırıldaqçı ilə danışmağa başlayıb.

Həmin kişinin ataya cavabı şoka salıb:

"10 dəqiqə gec qayıda bilməzdin? Onda nə mənzilin, nə də sənin yaramaz oğlun qalardı", - deyə kişi bildirib.

Kişi dərhal polisə müraciət edib. Hadisə ilə bağlı "aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlını öldürməyə cəhd" maddəsi ilə cinayət işi açılıb.

Mənbə: Lenta.ru



20-06-2024, 10:40
Вернуться назад