11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

“2017-ci il Azərbaycan üçün çətin olacaq”

“2017-ci il Azərbaycan üçün çətin olacaq”
“2017-ci il Azərbaycan üçün çətin olacaq”


"2017-ci ildə məqsəd iqtisadiyyatın stabilləşməsinə nail olmaqdan ibarətdir”.

BAKU.WS-in məlumatına görə, bunu Sherg.az-a Azərbaycanda ümumdaxili məhsulun azalması ilə bağlı iddialara aydınlıq gətirərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O diqqətə çatdırıb ki, məlum devalvasiyalar iqtisadiyyata mənfi təsir göstərdi:

"Nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatında 2015-2016-cı illərdə mənfi təsirlər yarandı. Hazırkı islahatlarla müəyyən irəliləyişə nail olmağa çalışılır. 2017-ci ildə Azərbaycan iqtisadiyyatında ümumdaxili məhsulda artımın qeydə alınması çətin olacaq. Çünki Dünya Bankının proqnozlarında da 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün azalma proqnozu verilib. 2018-ci ildə isə beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı Azərbaycan üçün artım proqnozlaşdırıb, ümumdaxili məhsulda artımın olacağı məhz bu il gözlənilir. Bu isə qeyri-neft sektorunun inkişafından asılı olacaq.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına nail olmaq üçün azad iqtisadi zonanın yaradılması və ölkəmizin digər bölgələrində də prosesin davam etdirilməsinə ehtiyac var. Azad iqtisadi zonalar iqtisadi artıma nail olunması baxımından çox vacib vasitə ola bilər. Bu, yeni investisiyaların cəlb edilməsinə də imkan yaradır.

Beləliklə növbəti il iqtisadi artım qeyri-neft sahəsinin inkişafı ilə bağlı aparılan fəaliyyətlərdən asılı olacaq. Azərbaycan bununla bağlı tədbirləri davam etdirməklə 2018-ci ildə yenidən iqtisadi artımı bərpa edə bilər”.
İqtisadiyyat
Hansı əmanətlər hansı kursla qaytarılmalıdır?

Hansı əmanətlər hansı kursla...

İqtisadiyyat
Bankların məzənnə oyunu: əhali dollardan görün nə qədər itirir

Bankların məzənnə oyunu: əhali...

İqtisadiyyat
Ən ucuz və ən bahalı benzin harada satılır?

Ən ucuz və ən bahalı benzin harada...

İqtisadiyyat
Dolların sabaha olan məzənnəsi

Dolların sabaha olan məzənnəsi...

İqtisadiyyat
Manatla bağlı bədbin proqnoz: ilin sonuna kimi...

Manatla bağlı bədbin proqnoz: ilin...

İqtisadiyyat
Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycanda meyvə-tərəvəz...

Комментарии (0)