11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bankların məzənnə oyunu: əhali dollardan görün nə qədər itirir

Bankların məzənnə oyunu: əhali dollardan görün nə qədər itirir
Bankların məzənnə oyunu: əhali dollardan görün nə qədər itirir


"Kommersiya bankları milli valyutanın möhkəmlənməsi fonunda dolların alış və satış kursları arasında kəskin fərq müəyyənləşdiriblər. Bir sıra banklarda dollara 1.68 kursu ilə alınır 1.85 məzənnəsi ilə satılır. Bu isə o deməkdir ki, bank vətəndaşdan 100 dolları 168 manata alır və elə həmin 100 dolları digər vətəndaşımıza 185 manata satır. Nəticədə, sadə əməliyyatdan hər 100 dollarda bank 17 manat və hər 1000 dollarda isə 170 manat qazanır".

BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib. Mütəxəssis hesab edir ki, əgər bank 1000 dolları 1680 manata alıb 1850 manata satırsa, bu da süni gəlir hesab edilə bilər: "Çünki xərc ilə satış qiyməti arasında kəskin fərq var. Mərkəzi Bank marjanı ləğv etdikdən sonra banklar kursu müəyyənləşdirməkdə sərbəstdirlər. Amma bank sektorunda rəqabətin zəif olduğunu və eləcə də Mərkəzi Bankın müdaxiləsini nəzərə alaraq daha məqsədəuyğun olardı ki, xarici valyutaların alış və satış kursları arasında marja müəyyənləşdirilsin. Təbii ki, söhbət Mərkəzi Bankın rəsmi məzənnəsi ilə bağlılıqdan getmir".

İqtisadçı qeyd edir ki, valyutanın alış və satış kursları arasında 4 faizlik marj müəyyənləşdirilə bilər: "Bu zaman 1.68 kursu ilə dolları alanlar onu təxminən 1.75 kursu ilə satacaqlar. Bu halda isə, nə bank hər 1000 dollarda 170 manat qazanacaq, nə də vətəndaş bu qədər itirəcək. Bank üçün fərq hər 1000 dollarda 70 manat olacaq ki, bu da kifayət qədər normal gəlir hesab edilə bilər. Əslində, uzun müddət bankların dollar satışından əldə etdiyi fərq 4 faizdən də az idi. Buna görə də belə marjanın müəyyənləşdirilməsi "qara bazar”ı stimullaşdırmayacaq. Çünki banklar aldığı valyutanı satan zaman normal faizli gəlir əldə edəcəklər. Əksinə valyuta məzənnələrinin müəyyənləşdirilməsində banklar arasında rəqabət yaradacaq. Bu mövcud məzənnə siyasətinin prinsiplərinə də zidd hesab edilməməlidir. Çünki sektorda rəqabətin formalaşması və istehlakçların hüquqlarının qorunması üçün Mərkəzi Bank prosesə müdaxilə edə bilir. Eyni zamanda bu marja həmçinin valyuta satışında bankların spekulyativ müdaxilələrin də qarışını alacaq. Buna görə də, bankların alış-satış məzənnələri arasında asılılığın yaradılması məqsədəuyğundur".
İqtisadiyyat
Daha bir neft ölkəsi milli valyutasını devalvasiya edib

Daha bir neft ölkəsi milli...

İqtisadiyyat
COP29 könüllüləri "Kiçik dostlarımız üçün təkrar istifadə" şüarı ilə ekoloji aksiya keçiriblər

COP29 könüllüləri "Kiçik...

İqtisadiyyat
Rusiya Azərbaycan mallarını niyə ölkəyə buraxmır? - AÇIQLAMA

Rusiya Azərbaycan mallarını niyə...

İqtisadiyyat
Manatın sabaha olan məzənnəsi

Manatın sabaha olan məzənnəsi...

İqtisadiyyat
Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

Azərbaycanda bu məhsulların...

İqtisadiyyat
Pandemiya benzin qiymətinə necə təsir etdi?

Pandemiya benzin qiymətinə necə...

Комментарии (0)