11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

COP29 könüllüləri "Kiçik dostlarımız üçün təkrar istifadə" şüarı ilə ekoloji aksiya keçiriblər

COP29 könüllüləri "Kiçik dostlarımız üçün təkrar istifadə" şüarı ilə ekoloji aksiya keçiriblər

COP29 Azərbaycan Əməliyyat Şirkəti ətraf mühitin mühafizəsində kollektiv iştirakçılıq və məsuliyyətə çağırış olaraq "Kiçik dostlarımız üçün təkrar istifadə" şüarı altında ekoloji aksiya təşkil edib. Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun tərəfdaşlığı ilə qədim tarixi və təbii gözəlliyi ilə seçilən İçərişəhərdə baş tutub.

Oxu.Az xəbər verir ki, aksiya çərçivəsində COP29 könüllüləri öncədən toplanan tullantı materiallarından təkrar istifadə etməklə funksional quş yuvalarının hazırlanması üçün bir araya gəliblər. Praktiki fəaliyyət ilə əhalinin marağına səbəb olan könüllülər aksiyaya qoşulan iştirakçılara müxtəlif növ tullantı materiallarından fərqli quş yuvalarının hazırlanması prosesini əyani nümayiş etdirib, tullantıların təkrar istifadəsi yolu ilə azaldılmasının faydası haqqında maraqlı faktlar bölüşüblər. Quş yuvaları daha sonra quş və kiçik heyvanların qida və su ehtiyaclarını təmin etməklə İçərişəhərdəki parkın ərazisində quraşdırılıb. Yuvaların digər qisminin isə Qala Qoruğunda quraşdırılması nəzərdə tutulur.

COP29 könüllülərinin nəzəri bilik və praktiki fəaliyyətlərini birləşdirərək reallaşdırdıqları bu təşəbbüs mühüm iqlim məsələlərindən biri olan tullantıların idarəedilməsi və ətraf mühit, flora və faunanın mühafizəsi arasında olan əlaqənin vurğulanmasına, tullantıların məsuliyyətli idarəedilməsi kimi ekoloji dayanıqlı vərdişlərin gündəlik həyatda tətbiq edilməsinə ictimai diqqətin cəlb edilməsi, eləcə də kollektiv səylərin əvəzsiz rolunun bir daha vurğulanmasına xidmət edib.


İqtisadiyyat
Bakıda kirayə evlər sürətlə bahalaşır

Bakıda kirayə evlər sürətlə...

İqtisadiyyat
Dekabrın ilk gününə olan məzənnə açıqlandı

Dekabrın ilk gününə olan məzənnə...

İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini 15%-ə qaldırıb

Mərkəzi Bank uçot dərəcəsini 15%-ə...

İqtisadiyyat
İran yenə Ermənistanı seçdi

İran yenə Ermənistanı seçdi...

İqtisadiyyat
Dollarla bağlı Amerikadan XƏBƏR GƏLDİ: Bahalaşa bilər

Dollarla bağlı Amerikadan XƏBƏR...

İqtisadiyyat
Banklardan inanılmaz addım: dollar sürətlə ucuzlaşır (MƏZƏNNƏLƏR)

Banklardan inanılmaz addım: dollar...

Комментарии (0)