11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ

Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ

"Yollarda tıxaclar müasir şəhərlərin əsl bəlasıdır. Ancaq məhz belə hallarda sürücülər son dərəcə diqqətli olmalı və qəza riskini artıran hərəkətlərdən çəkinməlidirlər".

Oxu.Az-ın rg.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı mütəxəssis Vadim Strelbitski xəbərdarlıq edib.

Ekspert avtomobil sürücülərinin tıxaclarda etdiyi və qəza ilə nəticələnə biləcək beş əsas səhvi açıqlayıb. Həmin nüansları təqdim edirik:

Aqressiv sürücülük - Kəskin əyləcləmə və sürətlənmə nəzarətsiz sürüşməyə, həmçinin digər avtomobillərlə toqquşmaya səbəb ola bilər.

Yolun kənarından və qarşı zolaqdan ötmə əməliyyatı - Yol hərəkəti qaydalarının bu kobud pozuntuları tez-tez ağır nəticəli qəzalara səbəb olur.

Kəskin zolaq dəyişdirmə - Ola bilsin ki, qonşu zolaqdakı sürücü qəfil manevri vaxtında qiymətləndirə bilməsin, bu isə toqquşma ilə nəticələnər.

Əyləclərin düzgün istifadə edilməməsi - Əyləc pedalına daimi basmaq qəliblərin həddindən artıq qızmasına və effektivliyinin azalmasına səbəb olur. Həmçinin kəskin əyləcləmə də təhlükəlidir - arxadakı sürücü vaxtında reaksiya verməyə bilər.

Hərəkət istiqamətinin tez-tez dəyişdirilməsi - Daimi bir tərəfdən digərinə keçmə qəza vəziyyətlərinə səbəb olur, həmçinin digər hərəkət iştirakçılarına mane olur.

"Tıxacda ən əsası sakitliyi qorumaq və səbirsiz sürücülərin təxribatlarına uymamaqdır", - deyə Vadim Strelbitski sözlərini yekunlaşdırıb.


Xeberler
Prezident Əflatun Amaşovla bağlı sərəncam imzaladı

Prezident Əflatun Amaşovla bağlı...

Xeberler
Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA

Avtobuslarda gediş haqqı...

Xeberler
Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib

Rövşən Əkbərov 10 il müddətinə...

Xeberler
Atatürk hava limanındakı teraktda adı hallanan azərbaycanlı həbs edildi

Atatürk hava limanındakı teraktda...

Xeberler
"Azərbaycanda ailəli olmayan qadınlar süni mayalanma etdirə bilməz" - Deputat

"Azərbaycanda ailəli olmayan...

Xeberler
DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

DYP "Formula-1" ilə əlaqədar...

Комментарии (0)