11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Mənzil bazarında qiymətlər niyə dəyişmədi?

Mənzil bazarında qiymətlər niyə dəyişmədi?
Mənzil bazarında qiymətlər niyə dəyişmədi?


"Son bir neçə ayın statistikası göstərir ki, mənzil bazarında qiymətlər stabil qalıb”.

MAY.AZ xəbər verir ki, bu barədə modern.az-a daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı məlumat verib. O bildirib ki, əvvəlki illərdə payız-qış mövsümündə aktivlik müşahidə olunsa da, bu il mənzil bazarında həmin tendensiya saxlanmadı:

"Qiymətlərin dəyişməməsinin səbəbi də budur. Fərdi şəkildə kimsə mənzilini eyni kateqoriyada olan digər mənzillərdən baha satıbsa, bu, ümumi bazara təsir edə bilməz. İpoteka kreditləşməsini çıxmaq şərti ilə mənzil bazarına iqtisadi baxımdan təsir göstərəcək amil hələlik yoxdur”.

Ramil Osmanlı mənzillərin qiymətlərinin hesablanma mexanizminə də toxunub. O qeyd edib ki, mənzillərin qiyməti hesablanarkən, bazarı ilkin bazar və təkrar bazar olmaqla iki istiqamətə bölmək lazımdır:

"İlkin bazarlarda qiymətə daha çox tikinti şirkətlərinin özləri nəzarət edir. Tikintinin bir kvadrat/metrinin qiyməti müəyyənləşdirilərkən tikinti xərcləri, görünməyən xərclər və mənfəət faktoru nəzərə alınır. Tutaq ki, mənzilin tikinti xərcləri hər kvadrat metr üçün 500 manatdır. Üzərinə digər görünməyən xərclər də əlavə olunduqda, rəqəm 700-ə yüksəlir. Ümumi 20-30 faiz arası mənfəət norması müəyyən olunursa, həmin mənzillərdə qiymət hər kvadrat/metr üçün 1000 manata gəlib çıxır. Halbuki, elə ərazilər var, tikintinin 1 kvadrat/metrinin dəyərinə təklif bazar qiymətlərindən qat-qat yüksək olur. Bu zaman tikinti şirkətinin müəyyənləşdirdiyi qiymət qüvvəyə minir və heç bir iqtisadi əsaslanmaya söyklənmir.

Təkrar bazardakı qiymətlər isə otaqların sayına və tikintinin yerləşdiyi əraziyə görə müəyyən olunur. Məsələn, metronun "Neftçilər” stansiyası yaxınlığında 3 otaqlı "Lelinqrad” layihəli və 3 otaqlı "Minsk” layihəli mənzilin qiymətləri fərqlidir. Satış zamanı bazara ötürülən informasiya isə budur – filankəs 3 otaqlı mənzili 110 min manata, başqası isə 85 min manata alıb. Araşdırdıqda layihələr arasında ciddi fərqlər oldğu aydınlaşır”.
İqtisadiyyat
Dolların sabaha olan məzənnəsi

Dolların sabaha olan məzənnəsi...

İqtisadiyyat
İndiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır: Pandemiyadan sonra enməyən qiymət - ARAŞDIRMA

İndiki qeyri-sabitlik şəraitində...

İqtisadiyyat
Dolların sabaha olan məzənnəsi

Dolların sabaha olan məzənnəsi...

İqtisadiyyat
Cibimizdən çıxan özümüzə qayıdır? - ƏDV-nin faizi azaldılsa, QİYMƏTLƏR ENƏR, amma...

Cibimizdən çıxan özümüzə qayıdır? -...

İqtisadiyyat
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə...

İqtisadiyyat
COP29 könüllüləri "Kiçik dostlarımız üçün təkrar istifadə" şüarı ilə ekoloji aksiya keçiriblər

COP29 könüllüləri "Kiçik...

Комментарии (0)