11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Məktəblərin yay tətili ləğv olunacaq? – VİDEO

Məktəblərin yay tətili ləğv olunacaq? – VİDEO
Məktəblərin yay tətili ləğv olunacaq? – VİDEO



Hazırda ölkəmizdə mövcud vəziyyətlə əlaqədar məktəblilərin dərsdən tamamilə kənarda qalmaması üçün Təhsil Nazirliyinin tapşırığı ilə teledərslər yayımlanır. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, təhsil səviyyəsi yüksək olan bir çox ölkələrdə təhsil kanalı var. Ancaq bizdə bu təcrübənin yeni olması belə bir sual meydana çıxarır. Məktəblər açıldıqdan sonra da teledərslər davam edə bilərmi?

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Kamran Əsədov - Ekspert: “Qardaş Türkiyədə bu proses başlayana qədər, yəni orada da tətil elan olunana qədər 6 TV vardır ki, həmin TV-də uşaqlar dərslər və dərslərdəki vacib məqamları müəllimlər izah edirdilər, bu təcrübə yarandı və mən düşünürəm ki, yay ayları ərzində dərsin davamlılığını, axarlılığını təmin etmək üçün mütləq şəkildə tele dərslər davam etdirilməlidir”.

Elşən Qafarov – Ekspert: “Teledərslər vəziyyətdən çıxış yolu deyil və hər hansısa bir vəziyyəti düzəltmək iqtidarında deyil heç nə etməməkdənsə nəsə etmək prinsipi ilə baxdıqda qismən tele dərslərin belə deyək hardasa bir fəaliyyət kimi addım kimi dəyərləndirmək olar”.

Təhsil Nazirliyindən isə bildirildi ki, bu məsələ hadisələrin gedişatına əsasən dəyərləndiriləcək. Lazım gələrsə qiymətləndirilmə aparılıb qərar qəbul ediləcək.

Cəsarət Valehov – TN-nin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri: “Təhlillər aparılır təhlillər həm də ona görə aparılır ki, bizim bu uşaqların şagirdlərin tele dərs vastisəsilə dərsi mənimsəməsi necə baş verir və bu proses tam bəlli olduqdan sonra və monitorinqlər aparıldıqdan sonra digər məsələlər üzərində qərar veriləcək”.

Ancaq bəziləri teledərslərin yetərli olmadığını düşünür və itirilən dərs saatlarının yerinə yay tətilində dərs prosesinin davam etməsini məqbul hesab edir.

Kamran Əsədov - Ekspert: “Mən dünya təcrübəsindən sizə misal gətirim ki, heç bir halda şagirdlər yay tətili əzrində yəni 56 gündən az tətildən qayıdıb dərsə gedə bilməzlər. Misal üçün Rusiyada artıq tədrisin dayandırılması məsələsi müzakirə olunur. Eyni zamanda digər ölkələrdə də şagirdlərin artıq məktəbi bitmiş hesab etməsi müəyyənləşdirilir və bu zaman məktəbdaxili qiymətləndirmə zamanı onların 1-ci rübdə aldığı qiymətlər əsas götürməklə qiymət yazılacaq”.

Təhsil ekspertləri həmçinin bildirir ki, yay tətilində havanın temperatur göstəricisini nəzərə alsaq bu baxımdan da yay tətilində dərslərin davam etməsi mümkün deyil.

Elşən Qafarov – Ekspert: “Dövlət konkret olaraq istər təhsil alanların istər təhsil verənlərin ümumiyyətlə cəmiyyətin bütün təbəqələrinin maraqlarını 1-ci növbədə nəzərə alacaq. Düşünmürəm ki, yay tətili bununla əvəz olunacaq və yaxud da, hər hansı, deyək ki təhsil alanların və ya təhsil verənlərin maraqları xaricində qərar qəbul olunacaq”.

Təhsil Nazirliyindən isə bildirildi ki, yekun qərar mövcud gedişata bağlı olacaq. Bununla belə qurumun sözçüsü Cəsarət Valehov yay tətilinin ləğv olunmasına hazırda əsas görmədiyini dilə gətirib.
Elm və Təhsil Bakı
Məktəblərdə 5 günlük payız tətili olacaq - TARİXLƏR

Məktəblərdə 5 günlük payız tətili...

Elm və Təhsil Bakı
Emin Əmrullayev elm və təhsildəki problemlərin səbəblərini açıqladı

Emin Əmrullayev elm və təhsildəki...

Elm və Təhsil Bakı
Məktəblilərin qış tətili günləri açıqlandı

Məktəblilərin qış tətili günləri...

Elm və Təhsil Bakı
Dərslər sentyabrın 15-dək təxirə salınıb? - RƏSMİ

Dərslər sentyabrın 15-dək təxirə...

Elm və Təhsil Bakı
DİM kolleclərin boş qalan yerlərinə qəbul elan etdi

DİM kolleclərin boş qalan yerlərinə...

Elm və Təhsil Bakı
DİM sədri qəbul imtahanlarının çətin olması ilə bağlı iddialara münasibət bildirib

DİM sədri qəbul imtahanlarının...

Комментарии (0)