11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Məktəblilərin qış tətili günləri açıqlandı

Məktəblilərin qış tətili günləri açıqlandı
Təhsil Nazirliyi məktəblilərin qış tətilinin günlərini açıqlayıb.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə təsdiq edilən iş vaxtı norması və istehsalat təqviminə əsasən 31 dekabr 2021-ci il və 1-4 yanvar 2022-ci il tarixləri qeyri-iş günləri kimi müəyyən edilib və həmin tarixlər təhsil müəssisələrinə də şamil edilir.
Qeyd olunub ki, qış tətili günləri isə Nazirlər Kabinetinin müvafiq qərarına görə məktəblərdə 27-31 yanvar tarixləridir: "Lakin 2021-2022-ci tədris ili müəyyən edilən müddətdən gec başladığından təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında" Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub.

Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə 31 yanvar qış tətili, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar qış tətilidir. Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 yanvar qış tətilidir".
Qeyd edək ki, bu il ölkədə pandemiya səbəbindən məktəblərlərdə əyani tədris aşağı siniflər üzrə sentyabrın 22-də, yuxarı siniflər üzrə isə sentyabrın 29-da bərpa olunub.
Elm və Təhsil Bakı
Təhsil naziri Emin Əmrullayev "Tvitter" hesabında paylaşım edib

Təhsil naziri Emin Əmrullayev...

Elm və Təhsil Bakı
Bakalavr təhsili dörd ildən üç ilə endiriləcək?

Bakalavr təhsili dörd ildən üç ilə...

Elm və Təhsil Bakı
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

Ulu Öndər Heydər Əliyevin ana...

Elm və Təhsil Bakı
Məktəblərin yay tətili ləğv olunacaq? – VİDEO

Məktəblərin yay tətili ləğv...

Elm və Təhsil Bakı
I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

I və IV qruplar üzrə qəbul...

Elm və Təhsil Bakı
Bakıda yeni məktəb binası tikilib

Bakıda yeni məktəb binası tikilib...

Комментарии (0)