11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən MAY.AZ-a verilən məlumata görə, ixtisas seçimi günlərinin sayı yenidən uzadılıb və 5 oktyabr saat 09:00-dək davam edəcək

Cəbhə xəttində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi məhdudlaşdırıldığı üçün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 5 oktyabr saat 09:00-dək uzadılıb.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 6-cı sayında dərc olunub.

Subbakalavrlar da müsabiqədə iştirakı etmək üçün 5 oktyabr səhər saat 9-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 8-ci sayından seçə bilərlər.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Elm və Təhsil Bakı
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı

Magistraturaya qəbul imtahanının...

Elm və Təhsil Bakı
Kolleclərin boş qalan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı

Kolleclərin boş qalan yerlərinə...

Elm və Təhsil Bakı
Azərbaycanda uşaqlar məktəbə 5 yaşında gedəcək? - Təhsil nazirindən MARAQLI TƏKLİF - VİDEO

Azərbaycanda uşaqlar məktəbə 5...

Elm və Təhsil Bakı
Teledərslərin sabaha olan cədvəli açıqlandı

Teledərslərin sabaha olan cədvəli...

Elm və Təhsil Bakı
DİM kolleclərin boş qalan yerlərinə qəbul elan etdi

DİM kolleclərin boş qalan yerlərinə...

Elm və Təhsil Bakı
MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb

MİQ üzrə müsabiqənin test imtahanı...

Комментарии (0)