11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda uşaqlar məktəbə 5 yaşında gedəcək? - Təhsil nazirindən MARAQLI TƏKLİF - VİDEO

Azərbaycanda uşaqlar məktəbə 5 yaşında gedəcək? - Təhsil nazirindən MARAQLI TƏKLİF - VİDEO
Təhsil sahəsində yeni təklif ortaya atılıb. Üstəlik, bu təklif ölkənin təhsil nazirindən gəlib. Emin Əmrullayev deyib ki, məktəbə başlama yaşı 5-ə salınmalıdır. Təhsil ekspertləri də bu təkliflə bağlı öz fikirlərini bildiriblər.
"Zənnimcə, 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq"... Təhsil naziri Emin Əmrullayev belə bir təkliflə çıxış edib. "Təhsildə yeni çağırışlar" II Beynəlxalq forumda çıxış edən nazir deyib ki, qarşımızda duran çağırışlardan biri məhz uşaqların məktəbə başlama yaşıdır. "Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar", - deyə təhsil naziri bildirib.
Nazir Emin Əmrullayevin ortaya atdığı bu təklifi təhsil ekspertləri də dəstəkləyirlər. Kamran Əsədov deyir ki, bu, birinci növbədə dünya təcrübəsinə əsaslanır.
Azərbaycanda şagirdlər ən tez 6 yaşında məktəbə qəbul edilsələr də, onların dərs yükü çoxdur və bu da uşaqlarda zehni yüklənməyə səbəb olur. Təhsil eksperti Kamran Əliyev düşünür ki, daha erkən yaşda başlanan təhsillə bu yüklənməni azaltmaq olar.
Təhsil ekspertinin sözlərinə görə, könüllü şəkildə qəbul edilən məktəbəqədər hazırlıq kursları məktəblərin 70 faizində təşkil edilir. Bu il birinci sinfə 165 min şagird qəbul edilibsə, məktəbəqədər hazırlıq kurslarında şagirdlərin sayı bundan 70 min nəfər az, yəni 95 min nəfər olub. Təhsil ekspertinin firkincə, məktəbə erkən başlamaq 12 illik təhsil sistemi ilə də nəticələnə bilər.(xəzərxəbər)
Elm və Təhsil Bakı
Məktəblərdə 5 günlük payız tətili olacaq - TARİXLƏR

Məktəblərdə 5 günlük payız tətili...

Elm və Təhsil Bakı
Emin Əmrullayev elm və təhsildəki problemlərin səbəblərini açıqladı

Emin Əmrullayev elm və təhsildəki...

Elm və Təhsil Bakı
Məktəblilərin qış tətili günləri açıqlandı

Məktəblilərin qış tətili günləri...

Elm və Təhsil Bakı
Dərslər sentyabrın 15-dək təxirə salınıb? - RƏSMİ

Dərslər sentyabrın 15-dək təxirə...

Elm və Təhsil Bakı
DİM kolleclərin boş qalan yerlərinə qəbul elan etdi

DİM kolleclərin boş qalan yerlərinə...

Elm və Təhsil Bakı
DİM sədri qəbul imtahanlarının çətin olması ilə bağlı iddialara münasibət bildirib

DİM sədri qəbul imtahanlarının...

Комментарии (0)