11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Çingiz jurnalistə nahaq elə deyib" - Anar

"Çingiz jurnalistə nahaq elə deyib" - Anar
"Yazıçıların qurultayına maliyyəni Prezident Administrasiyası ayırıb, biz də onun qəpiyinə qədər hesabatını verəcəyik".
MAY.AZ xəbər verir ki, bu sözləri xalq yazıçısı, AYB sədri Anar "teleqraf.com" müsahibəsində ali yığıncaqa ayrılmış pulla bağlı KİV-də yaranmış qalmaqalı şərh edərkən deyib.
Xatırladaq ki, jurnalistin qurultayın keçirilməsi üçün ayrılan 203 min manat vəsaitin hara xərclənməsi haqda sualına Çingiz Abdullayev "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən" deyə cavab vermişdi. Bu böyük rezonas verdi.
Anar Çingiz Abdullayevin bu cavabından təəssüflənib:
Nahaq elə deyib, gərək elə deməyərdi. Mənim haqqımda da yazırlar ki, "Anar nə vaxt öləcək?" Onlara nə deyim? Deyim ki, yaxşı edirsiniz? Gərək jurnalistin də mərifəti, tərbiyəsi olsun. Jurnalist olanda nə olar!? Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə də jurnalist olub. Jurnalistikamızın böyük ənənələri var. Nəcəf Nəcəfov kimi namuslu jurnalistimizi yada salaq".
Anar daha qurultaya xərclənmiş məbləğin istiqamətləri barədə ümumi məlumat verib:
"Ölkəmizə xarici qonaqlar gəldi, beş-altı ölkədən gələn qonaqların biletlərinin, otel xərclərini hesablayın. Rayonlarımızdan gələn yazıçıların yol pulları verildi. Sual verən deyir ki, xərclənən pulun nəticəsi zalda görünmür. Zalda necə görünə bilər? Zalda qəlyanaltı, qəhvə və çay təqdim edildi. Şampan, şərab da qoyardıq, qara kürü də verərdik?.. O zaman görünəcəkdi ki, pulu hara xərcləmişik?! Ona görə məntiqsiz suallar adamı çilədən çıxarır, əsəbləşdirir. Əsəbləşəndə də Çingiz kimi bir az köntöy cavab verirsən".
"Yazıçılar Birliyinin maliyyə məsələləri ilə Çingiz Abdullayev məşğul olur. Çingizlə 34 ildir işləyirik, ona inanıram, bir qəpiyə də söz ola bilməz. Çingizin nə ehtiyacı var?! O, hamıdan da dövlətli yazıçıdır. Suala baxın, deyir ki, 203 min hara xərclənib? Qurultaya maliyyəni Prezident Administrasiyası ayırıb, biz də onun qəpiyinə qədər hesabatını verəcəyik"- deyə AYB sədri bildirib.
Həmçinin, Anar gənc yazarların sədr olmasına da münasibət bildirib:
"Təklifləriniz məntiqlidirsə, qəbul edərəm, əks halda başa salaram ki, müəyyən səbəblərə görə bu, mümkün deyil. Yaxud elə bir razılığa gələrik ki, bir təklifiniz qəbul olunar, başqa təklifiniz yox. Normal münasibətlərimiz və danışıqlarımız olar. Amma "Mən mütləq sədr olmaq istəyirəm" kimi iddia yox... Mən də Britaniya kraliçası II Yelizaveta öləndən sonra İngiltərənin kralı olmaq istərdim. Bu, mümkün deyil ki... Adamın istəməyi azdır, gərək səni başqaları da istəsin".
Elm və Təhsil Bakı
Təhsil naziri Emin Əmrullayev "Tvitter" hesabında paylaşım edib

Təhsil naziri Emin Əmrullayev...

Elm və Təhsil Bakı
Bakalavr təhsili dörd ildən üç ilə endiriləcək?

Bakalavr təhsili dörd ildən üç ilə...

Elm və Təhsil Bakı
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

Ulu Öndər Heydər Əliyevin ana...

Elm və Təhsil Bakı
Məktəblərin yay tətili ləğv olunacaq? – VİDEO

Məktəblərin yay tətili ləğv...

Elm və Təhsil Bakı
I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

I və IV qruplar üzrə qəbul...

Elm və Təhsil Bakı
Bakıda yeni məktəb binası tikilib

Bakıda yeni məktəb binası tikilib...

Комментарии (0)