11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

53 saylı məktəbdə şagirdin sinif yoldaşları tərəfindən döyüldüyü deyilir - DİN araşdırır

53 saylı məktəbdə şagirdin sinif yoldaşları tərəfindən döyüldüyü deyilir - DİN araşdırır
53 saylı məktəbin 7-ci sinif şagirdi Əli Hüseynlinin(ad şərtidir) sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilir. Bu barədə vəkil Mehman Muradlı öz sosial hesabında yazıb.


"53 saylı məktəbdən "xoş" xəbərlər gəlir. 7-ci sinif şagirdini sinif yoldaşları başına ağır zərbələr vurmaqla xəsarət yetiriblər. Hadisə məktəbdə olub", - vəkil bildirib.


Məsələ ilə bağlı 53 saylı məktəblə əlaqə saxladıq. Məktəbin adını bildirməyən işçisi bildirdi ki, hadisədən məlumatı yoxdur. Məktəb rəhbərliyi də iclasdadır.


Bakı Şəhər Təhsil İdarəsindən məsələnin araşdırıldığı bildirilib.


Əldə etdiyimiz məlumata görə döyülməsi iddia edilən uşaq 53 saylı məktəbdə bu il gəlib.


Bir gün əvvəl 156 saylı məktəbdə məktəbin keçmiş şagirdi həmin məktəbdə oxuyan 11-ci sinif şagirdi tərəfindən bulinqə məruz qalıb. Baş verən hadisə ilə bağlı məktəbin şagirdinə Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb.


Daxili İşlər Nazirliyindən bildirilib ki, bununla bağlı polis orqanına bu gün müraciət daxil olub.


"Bununla bağlı vətəndaş polis orqanına bu gün müraciət edib. Uşaq valideyni ilə birgə polis orqanına dəvət olunub. Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək", - DİN-in açıqlamasında deyilir./anews.az
Elm və Təhsil Bakı
Təhsil naziri Emin Əmrullayev "Tvitter" hesabında paylaşım edib

Təhsil naziri Emin Əmrullayev...

Elm və Təhsil Bakı
Bakalavr təhsili dörd ildən üç ilə endiriləcək?

Bakalavr təhsili dörd ildən üç ilə...

Elm və Təhsil Bakı
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

Ulu Öndər Heydər Əliyevin ana...

Elm və Təhsil Bakı
Məktəblərin yay tətili ləğv olunacaq? – VİDEO

Məktəblərin yay tətili ləğv...

Elm və Təhsil Bakı
I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

I və IV qruplar üzrə qəbul...

Elm və Təhsil Bakı
Bakıda yeni məktəb binası tikilib

Bakıda yeni məktəb binası tikilib...

Комментарии (0)